Risklərin idarə edilməsi departamentinin direktor müavini

İşin təsviri:

☑️ Bankın strategiyasının hazırlanmasında iştirak etmək, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək;

☑️ Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;

☑️ Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;

☑️ Beynəlxalq praktika, yerli qanunvericilik və daxili qaydalara əsasən Bankın risk strategiyasını, risk siyasətini və risk xəritəsini hazırlamaq, risklərin idarə olunması üzrə mütərəqqi sistemin yaradılmasını təmin etmək;

☑️ Müşahidə Şurası, İdarə Heyəti və Risklərin İdarə Edilməsi Komitəsinin (RİEK) müxtəlif tapşırıqlarını icra etmək, onların dövrü iclasları üçün müvafiq sənədlərin (hesabatların) hazırlanmasını təmin etmək;

☑️ Baş Risk İnzibatçısının ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək.

Namizədə dair tələblər:

☑️ Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (GARP, IRM, CFA, CPA, CIA və s.) olanlara üstünlük verilir;

☑️ Ən azı 3 (üç) il bank və ya kredit təşkilatında risk sahəsində rəhbərlik (struktur) təcrübəsi;

☑️ Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;

☑️ Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;

☑️ Liderlik və işçi heyətini idarəetmə bacarığı;

☑️ Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;

☑️ Bankın aidiyyәti struktur bölmәlәri ilә birgә fәaliyyәt növlәri üzrә risk limitlәrinin hazırlanması, onlara dәyişikliklәrin edilmәsində iştirak etmək;

☑️ Risklәrin müәyyәnlәşdirilmәsi vә qiymәtlәndirilmәsi işini təşkil etmək, tәhlili vә nәticә barәdә hesabatlılığı təmin etmək.

☑️ Ofis proqramlarından (Excel yüksək səviyyədə) istifadə etmək bacarığı olmalıdır.

İş şəraiti:

☑️ İş saatı 09:00-dan 18:00-dək;

☑️ İstirahət günləri: şənbə və bazar günləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Risklərin idarə edilməsi departamentinin direktor müavini” qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti