012931

Sms xəbərdarlıq

"Premium Bank" ASC plastik kartından istifadə etməklə Siz “SMS – xəbərdarlıq” xidmətinə qoşula bilərsiniz. Xidmətin aylıq dəyəri 0.90 AZN təşkil edir.

Qoşulmaq üçün Sizə bank ofisi və ya operatora müraciət etmək lazım gəlməyəcək. Siz “SMS – xəbərdarlıq” xidmətinə Bakı şəhəri və Azərbaycan Respublikasının regionlarında Azərikart tərəfindən xidmət olunan istənilən bankomatdan qoşula bilərsiniz. 

“SMS – xəbərdarlıq” xidməti Sizə olduğunuz yerdən asılı olmayaraq, sutkanın 24 saatı ərzində real zaman rejimində plastik kart hesabında vəsaitin hərəkətinə nəzarət etmək və vəsaitinizi kart vasitələrinin sanksiyalaşdırılmamış istifadəsindən müdafiə etməyə imkan verəcək. 
Xidmətə istənilən mobil operator abunəçiləri qoşula bilər. 

Bankomat vasitəsilə “SMS – xəbərdarlıq” xidmətinə qoşulma prosesi:

Kartı bankomata daxil edərək PİN-kodu yığıb dil seçimini edin;

Əsas menyuda “XİDMƏTLƏR” bəndini seçin;

“XİDMƏTLƏR” menyusunda «SMS – xəbərdarlıq» bəndini seçin;

Növbəti pəncərədə “SMS – xəbərdarlığın” göndəriləcəyi telefon nömrəsini daxil edin, daxil edilmiş nömrənin düzgünlüyünü təsdiq etmək üçün mobil nömrənizi təkrar daxil etməli olacaqsınız. 

“SMS – xəbərdarlıq” xidməti qoşuldu. 

Hər şeyi düzgün etsəniz, telefonunuza SMS – təsdiq gələcək. SMS – təsdiq gəlmədikdə, Siz Azericard-ın müştəri dəstəyi xidməti və ya bankın Plastik Kartlar şöbəsinə müraciət etməlisiniz.