Komplayens

“Premium Bank” ASC-nin Komplayens, PL/TMM siyasətinin əsas məqsədi qeyri-qanuni fəaliyyətdən əldə  edilmiş pul vəsaitlərinin leqallaşdırılması hallarının vaxtında qarşısını almaq, bankdan bu məqsədlər üçün istifadə edilməsinə yol verməmək və aparılan  bank əməliyyatları üzərində effektiv nəzarət mexanizmini qurmaqdan, o cümlədən Banda ola biləcək qanunvericilik tələblərinin pozulması hallarının müəyyən edilməsi və qarşısının alınmasından, Bankda şəffaflığın,  dürüstlüyün, etik davranışın təşviqindən, Bankın işgüzar nüfuzunun qorunması, müxbir bankçılıq əlaqələrinin və müştəri-Bank münasibətlərinin sağlamlaşdırılmasından ibarətdir.

Bankın Komplayens, PL/TMM siyasəti  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalara, FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrupu) tövsiyyələrinə, “Banklar haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”  Azərbaycan Respublikasının Qanunlarına əsasən hazırlanmışdır və minimum aşağıdakı tədbirləri əhatə edir:

  • Bankda müstəqil və şəffaf fəaliyyət göstərən PL/TMM, Komplayens funksiyası;
  • Qabaqcıl proqram təminatlarından (FİCO Siron TonBeller) istifadə etməklə proseslərin avtomatlaşdırılması;
  • Daxili qayda və prosedurların formalaşdıırlması və tətbiqinə nəzarət;
  • Risk-əsaslı yanaşma;
  • Sağlam, şəffaf müştəri bazasının formalaşdırılması;
  • Müştəri qəbulu və imtina siyasəti;
  • Həssas biznes siyasəti;
  • Beynəlxalq sanksiyalar siyasəti;
  • Müştərilərin eyniləşdirilməsi və verifikasiyası;
  • Əməliyyatların monitorinqi;
  • Təlimlərin təşkili;
  • Daxili audit və nəzarət funksiyaları;
  • Maraqlar toqquşması;
  • Etik davranış;
  • Frod və dələduzluğa qarşı mübarizə və s. kimi tədbirlər.
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et