Tez-tez verilən suallar

  1. Qeyri-Hökumət Təşkilatlarının hansı hallarda hesablarına nəğd şəkildə qəbul edə bilərlər?

QHT 200 (iki yüz) manatadək ianəni nağd şəkildə qəbul edə bilər. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.4-cü maddəsinə əsasən.

24-1.4. İanə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri iki yüz manatadək ianəni nağd şəkildə qəbul edə bilər

 

  1. Qeyri-Hökumət Təşkilatlarının bildirişi olmadan bank əməliyyatlarını aparmaq olar?   
  •  Xeyir, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasinin qanunu 24-1.5-ci maddəsinə əsasən.

24.-1.5. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

 

  1. Dövlət müəssisəsindən pul vasaiti daxil olduğu zaman müştəri 5000 AZN məxaric edə bilər?
  • Bəli, bu zaman da 5000 AZN-nin dövlət satınalması məqsədilə verilməsinə dair müqavilə təqdim olunmalıdır və bu barədə qeyd olunmalıdır.

 

  1. Dövlət müəisəssindən hesaba vəsait xidmət göstərilməsi üzrə daxil olubsa nağdlaşdırma limiti var mı?
  • Xeyir, işlərin və ya xidmətlərin əldə edilməsinə dair banka təqdim edilmiş müqavilə üzrə sahibkarın hesabına mədaxil edilmiş məbləğin aylıq limit çərçivəsində nağd məxaricinə icazə verilir.
  • Dövlət təşkilatlarından və dövlət müəssisələrindən fərdi sahibkar və hüquqi şəxslərin bank hesablarına icarə haqqı üzrə daxilolmaların, habelə Qeyri-Hökumət Təşkilatlarının hesablarına daxilolmaların nağdlaşdırılması aylıq limit çərçivəsində icra olunur.

 

  1. Hüquqi şəxsin hesabından ödənişlər olunan zaman təyinatda əsas və məqsəd göstərmək vacibdir?
  • Bəli, Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimatının 4.11.3 bəndinə əsasən.

 

4.11. Ödəniş sənədi aşağıdakı hallarda qüsurlu sayılır:

4.11.3. ödənişin təyinatı və əsası göstərilmədikdə;

 

  1. Hüquqi şəxsin valyuta hesabına mədaxil etmək olar?
  • Bəli, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐ rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.1 bəndinə əsasən.

4.1. Rezidentlərin və  qeyri‐rezidentlərin xarici valyutada olan bank hesablarına nağd və  nağdsız qaydada daxil olan xarici valyuta banklar tərəfindən məhdudiyyət olmadan onların hesablarına mədaxil edilir.

Yalnız müştəriyə ətraflı izah etmək şərti ilə, yani Azərbaycan Respublikası Konstitusiyasının 19‐cu maddəsinin III hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olduğu üçün gələcəkdə Vergi orqanı tərəfindən suallar yarana bilər. 

 

  1. Hüquqi şəxs hesab açan zaman hansı sənədlər notarial qaydasında təsdiq olunmalıdır?
  • “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”-na əsasən hüquqi şəxslər tərəfindən cari hesabın açılması üçün nizamnamə (əsasnamə), dövlət reyestrindən çıxarışı müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə (adoc formatında) emaila göndərmək şərti ilə və ya notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə), imza və möhür nümunələri vərəqəsi yalnız notariat qaydasında təsdiq olunmuş (bank daxili qaydalarına əsasən).

 

  1. Korporativ kart vasitəsi ilə nağdlaşdırmaq mümkündür?
  • Daxili qaydalara əsasən – xeyir.

 

  1. Korporativ kart kimlət üçün verilir?
  • Hüquqi şəxs və ya fərdi sahibkarla üçün verilir.

 

  1. Korporativ kartları nə üçün istifadə etmək olmaz?
  • Korporativ kart dividend, əmək haqqı, pensiya, təqaüdlərin ödənilməsi və digər sosial xarakterli ödənişlər üçün istifadə oluna bilməz.

 

  1. Korporativ kartları nə üçün istifadə etmək olar?
  • Korporativ kart hüquqi şəxsin və fərdi sahibkarın ezamiyyə, nümayəndəlik və digər xərclərinin, habelə dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına icbari ödənişlərin ödənilməsində istifadə olunur.

 

  1. Əmək kartın uzadılması üçün hansı sənədlər lazimdi?
  • Şirkət tərəfindən bankın rəhbərliyi adına verilən ərizə və işçinin şəxsiyyət vəsiqəsi.

 

  1. Əmək haqqı kartına kassa vasitəsi ilə mədaxil etmək olar?
  • Xeyir olmaz.

 

  1. Korporativ kart hesabı açmaq üçün hansı sənədlər tələb olunur?
  • Ərizə, şəhadətnamə-dublikat və işçinin şəxsiyyət vəsiqəsi (ehtiyac olduğu halda).

 

  1.  Dividendlərin alınması üçün hansı sənədlər lazımdı?

 

Səhmdar cəmiyyətləri üzrə:

  • səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı;
  • rüblük və illik mənfəət vergi bəyannaməsi
  • ÖMV bəyannamələri
  • Mənfəətə çıxdığı dövrə dair maliyyə hesabatı

MMC –lər üzrə:

  • Təsisçilərin qərarı
  • Rüblük və illik mənfəət vergi bəyannaməsi
  • ÖMV bəyannamələri
  • Mənfəətə çıxdığı dövrə dair maliyyə hesabatı.

 

  1.  Əmək haqqı kartından məxaric etmək olar?

Əmək haqqı kartlardan müvafiq ərizə yazmaqla (kartın yenilənməsi və ya chargeback ərizəsi-əlavədə göstərilib) nağd məxaric edə bilər.

  • Kart zədələndikdə;
  • Kart itirildikdə\oğurlandıqda;
  • Charge back ərizəsi əsasında.

 

  1. Vergi ödəyicisi limit çərçivəsində istənilən təyinat ilə bank hesabından vəsaitləri nağd məxaric edə bilərmi?

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən aşağıdakı təyinatlar istisna olmaqla, limit çərçivəsində istənilən təyinatla nağd məxaric oluna bilər.

  • vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;“Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;
  • dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;
  • əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;
  • stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;
  • faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;
  • dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);
  • təhsil haqlarının ödənilməsi;
  • turagentlərə ödəmələr.

 

  1. Hüquqi şəxs Online Bankinqa qoşulan zaman ASAN imzanın olması vacibdir?
  • Bəli, imza nümunəsində qeyd edilən 1-ci şəxs üçün vacibdir.   

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

Approve your information

Type of Card

MasterCard Gold Miles

Card currency

AZN

Card term

2 years

Order type

Usual

Member of Azal Miles program ( if have )

1345673

Take in branch

Head office (Hasan Əliyev st.131A)

Name

Javid

Surname

Guseinov

Patronymic

Samir

Gender

Male

Personal code (You will need it for identification)

1345673

Registration address

13 OGLETHORPE ROAD, , CAMEX LLC / A163050

Workplace

Premium Bank

Position

Manager

Source of income

1000 AZN

Mobile number

+994 70 400 20 45