012931

İdarəetmə

 

Səhmdarlar və onların hüquqları: Bankın Səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdən ibarətdir. Bax: kənar audit hesabat

Səhmdarlar bankın nizamnamə kapitalındakı paylarına mütənasib səs hüququna malikdirlər. Bank səhmlərinin 5 faizinə sahib olan səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasını tələb edə bilərlər. Hər bir səhmdar, səhmdarların ümumi yığıncağında özünün səs hüququnu həm şəxsən, həm də səlahiyyətli nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Bankın adi səhmini sahibi olan səhmdarının qanunvericiliklə və nizamnamə ilə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır:

• qanunvericiliklə və nizamnamə ilə müəyyən edilmiş qaydada bankın idarə edilməsində iştirak etmək, onun idarəetmə orqanlarına seçilmək və seçmək;

•  bankın fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabat və mühasibat balansı ilə tanış olmaq;

•  Səhmdarların Ümumi Yığıncağının çağırılmasını və yığıncağın gündəliyində dəyişiklik edilməsini tələb etmək;

•  bankın səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;

•  bankın xalis mənfəətindən dividend almaq;

• bankın fəaliyyətinə xitam verildiyi halda, kreditorların tələblərinin, hesablanmış, lakin ödənilməmiş dividendlərin, həmçinin imtiyazlı səhmlərin ləğvetmə dəyərinin ödənilməsindən sonra qalan Bankın əmlakının müəyyən hissəsini əldə etmək;

• qanunvericiliklə və Nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.​

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru