012931

Rezident hüquqi şəxslərə

Cari və depozit hesabın açılması üçün Azərbaycan Respublikasının rezident-hüquqi şəxslərindən aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur: 

  1. Hesabın açılması üçün ərizə;
  2. Hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
  3. Dövlət qeydiyyatı haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti ;
  4. Müvafiq Vergi orqanı tərəfindən verilmiş Şəhadatnamə-dublikatın əsli;( hər hesab üçün verildiyi sonrakı gündən hesablanmaqla 10 gün ərzində qüvvədədir).
  5. Müvafiq dövlət sosial sığorta orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli; (kommersiya hüquqi şəxslərin filialları, nümayəndəlikləri və digər ayrıca bölmələri istisna olmaqla)
  6. Notarial qaydada təsdiq olunmuş imza və möhür nümunələr vərəqəsi (2 nüsxədə);
  7. Imza nümunələrində təsdiq edilmiş şəxslərin vəzifəyə təyin olunması barədə daxili əmrin nüsxəsi; (original möhürlə və əsli ilə düzdür qeyd olunmalıdır)
  8. Səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti; 

Qeyd: Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, qeyri-kommersiya hüquqi şəxslərə, təhsil müəssisələrinəAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini qurumlara Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilir.

1992-ci il 01 oktyabr tarixinədək müvafiq icra hakimiyyəti orqanlarında, 1996-cı il 01 iyun tarixinədək isə aşağıda göstərilən orqanlarda dövlət qeydiyyatına alınmış şəxslərin dövlət qeydiyyatı haqqında sənədləri Ədliyyə orqanlarının qeydiyyat sənədləri ilə eyni hüquqi qüvvəyə malikdir: 

  1. Sığorta təşkilatları - Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətində; banklar – Mərkəzi Bankda;
  2. Tədris müəssisələri - Nazirlər Kabinetində və Təhsil Nazirliyində;
  3. İcarə müəssisələri, mənzil-tikinti kooperativləri və kəndli (fermer) təsərrüfatları - yerli icra hakimiyyəti orqanlarında;
  4. Kütləvi informasiya vasitələri - Mətbuat və İnformasiya Nazirliyində;
  5. Birgə və tam xarici investisiyalı müəssisələr - Maliyyə Nazirliyində;
  6. Xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri – Xarici İqtisadi əlaqələr Nazirliyində.
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et