Supervisory Board

“Müşahidə Şurası üç nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Müşahidə Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və/və ya kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslərdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir. Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər. Müşahidə Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Banklar haqqında” Azərbaycan Respublikası qanununu, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarını, Bankın nizamnaməsini, Əsasnaməsini rəhbər tutur.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

1 2 3 4 5 6

Növbəti