012931

“Premium Bank”-da problemli kreditləri olan müştərilərə müraciət

04 Mart 2019

28 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanıb. Bu Fərman ölkədə problemli kreditlərin həlli istiqamətinə və əhalinin sosial rifahının yüksəldilməsinə dair atılmış bir addımdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı nəinki əhaliyə, həmçinin bank sektoruna da öz böyük dəstəyini göstərir.

“Premium Bank” da öz növbəsində bu fərmandan irəli gələn bütün məsələlərin icrasına artıq başlayıb və qısa müddət ərzində nəticələrlə bağlı müştərilərinə ətraflı məlumat verəcəkdir.

Fərman haqqında ətraflı məlumat: https://president.az/articles/32092

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru: https://pk.fimsa.az/az/calculator

 

 

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et