"Premium Bank" nizamnamə kapitalını artırdı!

29 Aprel 2025

"Premium Bank" ASC-nin səhmdarları Bankın maliyyə dayanıqlığının yüksək səviyyədə olmasını, strateji hədəflərə nail olmasını daim diqqət mərkəzində saxlayır.

Belə ki, Bank əlavə olaraq nominal dəyəri 154 manat olan 129870 ədəd adi səhm emissiya etmiş və bununla da nizamnamə kapitalını 19 milyon 999 min 980 manat artıraraq 174 milyon 601 min 350 manata çatdırılıb.

Xatırladaq ki, Mərkəzi Bankın prudensial normativi ilə bankların minimum məcmu  kapital tələbi 50  miylon manatdır.

Qeyd edək ki, ötən il  2024-cü ildə qeyd edən "Premium Bank" ASC-nin ötən il İnkişaf strategiyası da yenilənib. Strategiyaya əsasən Bank daha çox riteyl (pərakəndə) bankçılığı fokuslanır. Həmçinin, rəqəmsal xidmətə investisiyanın artırılması, rəqabətə davamlı və çevik yeni bank məhsullarının əhaliyə təqdim edilməsi prosesi icra edilir. Yeni Strategiya üzrə aparılan işlərin nəticəsi olaraq “Premium Bank”ın istehlak kreditləri portfeli artıb. Belə ki, 2025-ci ilin 1-ci rübündə 2024-cü ilin 1-ci rübü ilə müqayisədə  "Premium Bank" istehlak kreditləri portfeli 3 milyon 778 min manat və ya 9,3% artaraq  31 mart 2025-ci il tarixində 44 milyon manata çatıb."Premium Bank" ASC 2025-ci ilin 1-ci rübünü 1 milyon 582 min manat xalis mənfəət ilə başa vurub.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti