012931

Cari hesabın açılması

Cari hesabın açılması üçün Azərbaycan Respublikasının rezident-hüquqi şəxslərindən aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur: 

  1. Hesabın açılması üçün ərizə (bank tərəfindən təqdim olunur);
  2. Hüquqi şəxsin nizamnaməsinin müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti;
  3.  Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);
  4. Müvafiq Vergi orqanı tərəfindən verilmiş Şəhadatnamə-dublikat(hər hesab üçün verildiyi sonrakı gündən hesablanmaqla 10 gün ərzində qüvvədədir).
  5. Notarial qaydada təsdiq olunmuş imza və möhür nümunələri vərəqəsi (imza nümunələr vərəqəsi bank tərəfindən verilir) – 1 nüsxədə
  6. İmza səlahiyətləri verilmiş şəxslərin vəzifəyə təyin edilmələri barəsində müəssisə rəhbərinin əmrinin surəti (original möhürlənmiş və “əsli ilə düzdür” sözləri ilə). Əgər hüquqi şəxsin qanuni təmsilçisi və təsisçisi eyni şəxsdirsə həmin şəxsin vəzifəyə təyin edilməsi barəsində əmr tələb olunmur.
  7. Hesab açılması üçün müqavilə (bank tərəfindən təqdim olunur)
  8. Səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
  9. Benefisiar mülkiyyətçilərin kimliyinin müəyyən edilməsi üçün- hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı ,fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənəd. 
  10. Verqi orqanı tərəfindən verilmiş hüquqi şəxsin dövlət qeydiyyatı haqqında Şəhadətnaməsinin (VÖEN təsdiq edən sənəd) sürəti;

11. Fatca (Foreign Account Tax Complience Act) (bank tərəfindən təqdim olunur).

Qeyd**: Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, qeyri-kommersiya hüquqi şəxslərə, təhsil müəssisələrinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini qurumlara Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilir.

1992-ci il 01 oktyabr tarixinədək müvafiq icra hakimiyyəti orqanlarında, 1996-cı il 01 iyun tarixinədək isə aşağıda göstərilən orqanlarda dövlət qeydiyyatına alınmış şəxslərin dövlət qeydiyyatı haqqında sənədləri Ədliyyə orqanlarının qeydiyyat sənədləri ilə eyni hüquqi qüvvəyə malikdir: 

  1. Sığorta təşkilatları - Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətində; banklar – Mərkəzi Bankda;
  2. Tədris müəssisələri - Nazirlər Kabinetində və Təhsil Nazirliyində;
  3. İcarə müəssisələri, mənzil-tikinti kooperativləri və kəndli (fermer) təsərrüfatları - yerli icra hakimiyyəti orqanlarında;
  4. Kütləvi informasiya vasitələri - Mətbuat və İnformasiya Nazirliyində;
  5. Birgə və tam xarici investisiyalı müəssisələr - Maliyyə Nazirliyində;
  6. Xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri – Xarici İqtisadi əlaqələr Nazirliyində.

Cari hesabının açılması üçün Azərbaycan Respublikasının hüquqi şəxslərinin filialları, nümayəndəlikləri və digər ayrıca bölmələrindən aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur: 

  1. Hesabın açılması üçün ərizə (bank tərəfindən təqdim olunur);
  2. Hüquqi şəxsin dövlət reyestrindən çıxarışın müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);
  3. Filialın, nümayəndəliyin hüquqi şəxs tərəfindən təsdiq edilmiş əsasnaməsinin müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (nümunəvi əsasnamə əsasında fəaliyyət göstərən qurumlar üçün əsasnaməsinin nümunəvi olduğunu təsdiq edən sənəd tələb olunur);
  4. Verqi orqanı tərəfindən verilmiş hüquqi şəxsin dövlət qeydiyyatı haqqında Şəhadətnaməsinin (VÖEN təsdiq edən sənəd) sürəti;
  5. Vergi orqanı tərəfindən verilmiş  şəhadətnamə-dublikat;
  6. Notarial qaydada təsdiq olunmuş imza və möhür nümunələri vərəqəsi (imza nümunələr vərəqəsi bank tərəfindən verilir) – 1 nüsxədə
  7. Benefisiar mülkiyyətçilərin kimliyinin müəyyən edilməsi üçün- hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı ,fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənəd.
  8. İmza səlahiyətləri verilmiş şəxslərin vəzifəyə təyin edilmələri barəsində müəssisə rəhbərinin əmrinin surəti (original möhürlənmiş və “əsli ilə düzdür” sözləri ilə). Əgər hüquqi şəxsin qanuni təmsilçisi və təsisçisi eyni şəxsdirsə həmin şəxsin vəzifəyə təyin edilməsi barəsində əmr tələb olunmur.
  9. Fatca (Foreign Account Tax Complience Act) (bank tərəfindən təqdim olunur).
  10. Hesab açılması üçün müqavilə (bank tərəfindən təqdim olunur)

Cari hesabının açılması üçün dövlət orqanları,bələdiyyələr üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur: 

  1. Hesabın açılması üçün ərizə (bank tərəfindən təqdim olunur);
  2. Dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabının açılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin icazə məktubu;
  3. Bələdiyyənin nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın mətni;
  4. Hüquqi şəxsin nizamnaməsinin müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti
  5. Müvafiq dövlət hakimiyyəti orqanının aktı ilə təsdiq olunmuş nizamnamə (əsasnamə) əsasında fəaliyyət göstərən dövlət orqanının (qurumunun) nizamnaməsini (əsasnaməsinin) təsdiq edən müvafiq akt;
  6.  Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);
  7. Verqi orqanı tərəfindən verilmiş hüquqi şəxsin dövlət qeydiyyatı haqqında Şəhadətnaməsinin (VÖEN təsdiq edən sənəd) sürəti;
  8. Vergi orqanı tərəfindən verilmiş  şəhadətnamə-dublikat;
  9. Notarial qaydada təsdiq olunmuş imza və möhür nümunələri vərəqəsi (imza nümunələr vərəqəsi bank tərəfindən verilir) – 1 nüsxədə
  10. Benefisiar mülkiyyətçilərin kimliyinin müəyyən edilməsi üçün- hüquqi      şəxslərin dövlət reyestrindən çıxarışı ,fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənəd. 
  11. İmza səlahiyətləri verilmiş şəxslərin vəzifəyə təyin edilmələri barəsində müəssisə rəhbərinin əmrinin surəti (original möhürlənmiş və “əsli ilə düzdür” sözləri ilə). Əgər hüquqi şəxsin qanuni təmsilçisi və təsisçisi eyni şəxsdirsə həmin şəxsin vəzifəyə təyin edilməsi barəsində əmr tələb olunmur.
  12. Fatca (Foreign Account Tax Complience Act) (bank tərəfindən təqdim olunur).
  13. Hesab açılması üçün müqavilə (bank tərəfindən təqdim olunur)

Qeyri-rezident hüquqi şəxslərə, hüquqi-şəxslərin Azərbaycan Respublikasında filial və numayəndəlikləri üçün:

  1. Hesabın açılması üçün ərizə (bank tərəfindən təqdim olunur);
  2. xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında dövlət reyestrindən çıxarışının müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə) (hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda);
  3. xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş əsasnaməsinin müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti (hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda);
  4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmadıqda, hüquqi şəxs olan qeyri-rezidentin təsis və qeydiyyat sənədlərinin qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surətləri (hesab xarici hüquqi şəxs üçün açıldıqda);
  5. vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat (sahibkarlıq fəaliyyəti məqsədi ilə açılan hesablar üçün)
  6. Notarial qaydada təsdiq olunmuş imza və möhür nümunələri vərəqəsi (imza nümunələr vərəqəsi bank tərəfindən verilir) – 1 nüsxədə
  7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulduğu halda, hesabın açılması üçün xarici ölkənin müvafiq dövlət qurumlarının (maliyyə bazarlarına nəzarət orqanının və ya digər dövlət qurumunun) xüsusi icazəsi (qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti);
  8. Benefisiar mülkiyyətçilərin kimliyinin müəyyən edilməsi üçün- hüquqi şəxs olan qeyri-rezidentin təsis və qeydiyyat sənədləri, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında dövlət reyestrindən çıxarışı, fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənəd
  9. İmza səlahiyətləri verilmiş şəxslərin vəzifəyə təyin edilmələri barəsində müəssisə rəhbərinin əmrinin surəti (original möhürlənmiş və “əsli ilə düzdür” sözləri ilə). Əgər hüquqi şəxsin qanuni təmsilçisi və təsisçisi eyni şəxsdirsə həmin şəxsin vəzifəyə təyin edilməsi barəsində əmr tələb olunmur.
  10. Fatca (Foreign Account Tax Complience Act) (bank tərəfindən təqdim olunur)
  11. Hesab açılması üçün müqavilə (bank tərəfindən təqdim olunur)

Həmkarlar İttifaqının ilk təşkilatına cari hesabın açılması üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur: 

  1. Hesabın açılması üçün ərizə (bank tərəfindən təqdim olunur);
  2. Həmkarlar İttifaqı ilk təşkilatının yaradılması haqqında qərar və ya qərardan çıxarış;
  3. Üzv olduğu həmkarlar ittifaqı birliyinin nizamnaməsinin müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti;
  4. Notarial qaydada təsdiq olunmuş imza və möhür nümunələri vərəqəsi (imza nümunələr vərəqəsi bank tərəfindən verilir) – 1 nüsxədə
  5. Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat.
  6. Fatca (Foreign Account Tax Complience Act) (bank tərəfindən təqdim olunur).
  7. Hesab açılması üçün müqavilə (bank tərəfindən təqdim olunur)

Ailə kəndli təsərrüfatına cari hesabın açılması üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur: 

  1. Hesabın açılması üçün ərizə (bank tərəfindən təqdim olunur)
  2.  müvafiq ərazi üzrə uçota alındığı bələdiyyə tərəfindən verilmiş vəsiqənin müvafiq qeydiyyat orqanlarının elektron informasiya sistemi vasitəsilə əldə edildiyi hallar istisna olunmaqla notariat qaydasında təsdiq olunmuş surəti;
  3. ailə kəndli təsərrüfatın başçısının şəxsiyyətini təsdiq edən sənəd məlumatları;
  4. vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat.
  5. imza nümunəsi vərəqəsi (imza nümunələr vərəqəsi bank tərəfindən təqdim olunur) – 1 nüsxədə
  6. Fatca (Foreign Account Tax Complience Act) (bank tərəfindən təqdim olunur).
  7. Hesab açılması üçün müqavilə (bank tərəfindən təqdim olunur)

Rəsmi nümayəndəliklərə bank hesablarının açılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 

1. Hesabın açılması üçün ərizə (bank tərəfindən təqdim olunur);

2. Xarici diplomatik və digər rəsmi nümayəndəliyin statusunu təsdiqləyən sənəd (Azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında  təsdiq edilmiş surəti);

3. Notarial qaydada təsdiq olunmuş imza və möhür nümunələri vərəqəsi (imza nümunələr vərəqəsi bank tərəfindən verilir) – 1 nüsxədə

4. Fatca (Foreign Account Tax Complience Act) (bank tərəfindən təqdim olunur).

5. Hesab açılması üçün müqavilə (bank tərəfindən təqdim olunur)

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et