Tez-tez verilən suallar

1. AZAL-Miles nədir?
- AZAL-Miles "Azərbaycan Hava Yolları" aviaşirkətinin tez-tez uçan sərnişinlər üçün nəzərdə tutulmuş proqramıdır. AZAL-Miles proqramının iştirakçıları "Azərbaycan Hava Yolları" və “Buta Airways” aviaşirkətlərinin uçuşlarında səyahət balları və status balları toplaya bilərlər.

2. Azal Miles iştirakçı nömrəsi nədir?

- Azərbaycan Hava Yollarının Miles proqramı çərçivəsində təqdim etdiyi fərdi identifikasiya nömrəsidir. Azal Miles nömrəniz yoxdursa, bank kartının sifarişi zamanı o, avtomatik yaradılacaqdır.

3. Sifariş zamanı xarici pasport hansı səbəbdən lazım olur?

- Azal Miles nömrəniz xarici pasportunuz əsasında yaradılmalı və ya yoxlanılmalıdır.​

4. Black Edition və Platinum kartlarını fərqləndirən cəhətlər nədir?
- Kart tiplərinə görə əsas fərq millərin hesablanmasında fərqli əmsalların olmasıdır. Kartın statusu yüksək olduqda daha çox mil hesablanır. Həmçinin, kartlarda mövcud olan imtiyazlar fərqlənir. Ətraflı məlumatla http://www.premiumbank.az/az/for-life/plastic-cards/miles-kartlar/mastercard-black-edition-miles/ səhifəsinə keçid edərək tanış ola bilərsiniz.

5. Milləri necə qazanmaq olar?

a) Premium Bank Miles proqramının üzvü olmaqla nağdsız əməliyyat etdikdə (kartınızdan Azərbaycanda, eləcə də xaricdə istifadə edin. Dünyanın istənilən valyutasında məbləğ xərcləndikdə ballar manat ekvivalentində toplanılır); 

b) Azərbaycan Hava Yolları və Buta Airways aviaşirkətləri ilə səyahət etməklə milləri qazana bilərsiniz.

6. Qazandığım millər barədə məlumatı haradan öyrənə bilərəm?

Mil balansınızı aşağıda göstərilən üsullarla izləyə bilərsiniz: 

a) Bankın Əlaqə Mərkəzinə müraciət edərək; 

b) Email vasitəsilə əməliyyatlar üzrə məlumat göndəriləcək Millərin toplam sayı ilə; 

c) www.azal.az saytından şəxsi kabinetə daxil olaraq və ya Azal Miles Mobil əlavəsi vasitəsilə izləmək olar. Həmçinin +99 412-598-88-80 nömrəsi ilə AZAL-Miles proqramının əməkdaşları ilə əlaqə saxlaya bilərsiniz.

7. Əgər mən e – poçt ünvanıma bildiriş almıramsa, nə etməliyəm?
E–poçt ünvanınıza bildiriş almadığınız halda “AZAL-Miles” proqramının əməkdaşlarına +99 412-598-88-80 nömrəsinə zəng vura və ya [email protected] e–poçt ünvanına sorğu göndərə bilərsiniz.

8. Kart neçə gün ərzində hazır olur?

- Adi sifariş etdikdə kartınız 4 iş günü ərzində hazır olacaqdır. Həmçinin əlavə ödəniş etməklə təcili (növbəti iş qünü 16:00-17:00 radələri) sifariş vermək olar. 

9. Kartın hazır olması barədə məlumatı necə əldə edə bilərəm? 

- Kartınız hazır olduqda sifariş zamanı qeyd olunan mobil nömrənizə mesaj ilə məlumat göndəriləcəkdir.​

10. Ödənişdən sonra qazandığım millər nə zaman hesabıma əlavə olunacaq?

- Müvafiq ödəniş üzrə milləri ödənişdən asılı olaraq 10-14 gün ərzində Bankın mil hesabında görə biləcəksiniz. Hesablanmış millərin hesabınızda əks olunması əməliyyatların Bank tərəfindən emalı əsasında aparılır. Əlavə suallarınız yarandıqda Bankın Əlaqə Mərkəzilə əlaqə saxlaya bilərsiniz: 012931

11. Uçuşlara görə ballar nə vaxt hesabıma əlavə ediləcək?

- Əgər Siz aviabilet əldə edərkən və/və ya hava limanında qeydiyyatdan keçdiyiniz zaman AZAL-Miles iştirakçı nömrəsini bildirmisinizsə, Sizin ballarınız uçuş yerinə yetirildikdən sonra 7 iş günü ərzində AZAL-Miles iştirakçı hesabınıza əlavə ediləcək.

12. Digər Miles kartına mil göndərmək mümkündür?

- Xeyr, digər karta millərin ötürülməsi mümkün deyil. Amma Azal Miles-a müraciət etməklə, Ailə hesabını yaratmaq mümkündür.

13. Ailə hesabını necə yaratmaq mümkündür?

“Ailə hesabı” yaradılması üçün sorğu www.azal.az saytında xüsusi qeydiyyat forması vasitəsilə göndərilməlidir. Ətraflı: https://www.azal.az/az/azal-miles/family-account

14. Milləri necə xərcləmək olar?

- Azərbaycan Hava Yollarının təqdim etdiyi qaydalara əsasən istifadə edilə biləcəkdir. Ətraflı: https://www.azal.az/az/azal-miles/spend-points

15. Millər hesabımda əks olunmadı. Kimə müraciət edə bilərəm?

- Müvafiq ödəniş üzrə milləri ödənişdən asılı olaraq bir neçə gündən 30 günədək Bankın mil hesabında görə biləcəksiniz. Əlavə suallarınız yarandıqda Bankın Əlaqə Mərkəzilə əlaqə saxlaya bilərsiniz: 012931

16. Uçuş biletinin tam qiymətini millərlə ödəmək olar?

- Hava limanı xərcləri müştəri tərəfindən ödənilməlidir.

17. Premium Bank Miles kartlarına vəsaiti necə mədaxil etmək olar?

- Miles kartına Bankın filiallarında, Premium Bank Cash in terminalları, PremiumPay və MilliÖn terminalları, bankın saytında online ödəmə səhifəsində və Hesab.az saytı vasitəsilə edilə bilər.

18. Mənim ballarımın etibarlılıq müddəti nə qədərdir?

- Hesaba köçürülən səyahət balları hesaba köçürüldiyi  tarixdən 36 ay ərzində etibarlıdır.
24 ay ərzində  "Azərbaycan Hava Yolları"nın və ya balların hesablanmasında iştirak edən tərəfdaş aviaşirkətlərin müntəzəm reysləri ilə heç bir uçuş həyata keçirilmədiyi halda Classic statuslu hesab ləğv olunur. Ləğv olunan ballar bərpa olunmur.​

19. Hansı əməliyyatlara görə millər hesablanmır?​

a) Bank və forex ödənişləri (kredit ödənişi, hesaba mədaxil, sığorta ödənişləri), ipoteka (istisna olaraq APUS vasitəsi ilə ödənilən ipoteka kreditləri);
b) Pul köçürmələri (card to card, elektron pul kisəsi).

20. Mükafatlandırıcı Miles aviabiletdə dəyişiklik etmək mümkündürmü?

a) Mükafatlandırıcı aviabiletin yalnız uçuş saatı və tarixi dəyişdirilə bilər. Uçuşdan əvvəl Azal Gold və Azal Platinum statuslarının iştirakçıları dəyişiklikliyi ÖDƏNİŞSİZ həyata keçirə bilərlər, Classic status iştirakçısına isə 50 avro (bir uçuş istiqaməti) rüsum ödəmək tələb olunacaq.
b) Uçuşdan sonra isə proqramın bütün iştirakçıları 75 avro (bir uçuş istiqaməti) ödəmək şərti ilə mükafatlandırıcı aviabiletdə qeyd olunan dəyişiklikliyi edə bilərlər.
 

21. Heydər Əliyev Hava Limanı Terminal 1-də A zonasında yerləşən Priority qeydiyyat masasından kimlər yararlana bilər?

- Bütün Premium Bank MC Black Edition sahibləri bu xidmətdən istifadə edə bilər. Qeydiyyatdan keçərkən kart sahibi ilə səyahət edən sərnişinlər də Priority qeydiyyat masasından faydalana bilərlər. Xidmət ödənişsizdir.

22. Black Edition kartına daxil olan sığorta xidmətlərindən xaricdə olarkən necə istifadə etmək olar?

- Sığorta hadisəsi zamanı, bu nömrə ilə əlaqə saxlayın: +7 499 270 35 00 

23. "Premium Club” proqramı nədir və necə üzv olmaq olar?

- "Premium Club" cash back təklif edən unikal proqramıdır. Ödənişləri "miles kartları" ilə həyata keçirin - cash back əldə edin və çoxlu millər qazanın.  Premium Bank Miles kartlarının sahibləri "Premium Club" proqramının avtomatik üzvləri olur. 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

Approve your information

Type of Card

MasterCard Gold Miles

Card currency

AZN

Card term

2 years

Order type

Usual

Member of Azal Miles program ( if have )

1345673

Take in branch

Head office (Hasan Əliyev st.131A)

Name

Javid

Surname

Guseinov

Patronymic

Samir

Gender

Male

Personal code (You will need it for identification)

1345673

Registration address

13 OGLETHORPE ROAD, , CAMEX LLC / A163050

Workplace

Premium Bank

Position

Manager

Source of income

1000 AZN

Mobile number

+994 70 400 20 45