Məlumatların açıqlanması

“Premium Bank” Açıq Səhmdar Cəmiyyəti  respublikanın etibarlı  və aparıcı banklarından biridir. Bank, fəaliyyətinə 1994–cü ildən Mərkəzi Bankın 175 saylı lisenziyası əsasında ”Azal Səhmdar Kommersiya Bankı” adı altında başlamışdır.2008-ci ildən etibarən onun hüquqi varisi olaraq  “Bank Silk Vey” ASC adı altında fəaliyyət göstərməkdədir. Yarandığı tarixdən etibarən 26 il ərzində bank daim inkişaf yolunu tutmuş, illər keçdikcə Azərbaycanın bank sistemində möhkəmlənmiş, xidmətləri həm keyfiyyət, həm də inkişaf baxımından artmışdır. “Premium Bank” ASC-sürətlə inkişaf edən, sabit və tanınan maliyyə-kredit təşkilatı və çoxprofilli maliyyə institutudur. Bankın əsas fəaliyyət istiqamətini universal bankçılıq təşkil etməkdədir. Bankın əsas strategiyası keyfiyyətli, sürətli və  sərfəli xidmət, faydalılıq və peşakarlıq əsasında qurulmuşdur. Bank öz fəaliyyətini əvvəlki illərdə qəbul olunmuş Strateji Plana uyğun olaraq qurmuşdur. Ona görə də ötən illər ərzində nəzərə çarpan bütün zəif amillərin qismən aradan qaldırımasına nail olunmuşdur. 

Bank stabil beynəlxalq əlaqələrini qura bilmiş, müştəri bazasını genişləndirmiş, xidmət səviyyəsini yüksəltmiş və məhsul çeşidini artırmışdır. “Premium Bank” ASC korporativ bank kimi fəaliyyət göstərir və müştəri bazasının əsasını hava nəqliyyatı və ticarət sektoru təşkil edir.

Bankın İdarəetmə orqanları aşağıdakılardır: 

Səhmdarların Ümumi Yığıncağı
Müşahidə Şurası
Audit Komitəsi
İdarə Heyəti 

İdarəetmə orqanlarının formalaşması, fəaliyyəti, vəzifə və səlahiyyətləri qanunvericilik, bankın nizamnaməsi və həmin orqanların Əsasnamələri ilə tənzimlənir. 

Səhmdarların Ümumi Yığıncağı 

Bankın nizamnaməsini qəbul etmək, ona əlavə və düzəlişlər etmək, Müşahidə Şurası və İdarə Heyəti üzvlərini təyin və azad etmək, bankın satılması, yenidən təşkili və ləğvi barəsində qərarlar qəbul etmək, qanunvericiliyin vermiş olduğu digər məsələləri həll etmək Səhmdarların Ümumi Yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Səhmdarların Ümumi Yığıncağı qanunvericiliklə müəyyən olunmuş qaydada səlahiyyətlərinə aid edilmiş məsələləri həll etmək üçün Müşahidə Şurasına verə bilər. 

Müşahidə Şurası 

Bankın Müşahidə Şurasının üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə seçilən üç nəfər fiziki şəxsdən ibarətdir. Səhmdarların Ümumi Yığıncağı Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir. Üzvlər növbəti müddətlərdə yenidən seçilə bilərlər. Müşahidə Şurası Bankın fəaliyyəti və idarə edilməsinə nəzarəti həyata keçirir, İdarə Heyətindən hesabat alır, bankın ümumi maliyyə uçot, inzibati və kadr siyasətini müəyyənləşdirir, daxili qayda və prosedurları təsdiq edir, nizamnamə kapitalının 50 %-dən artıq məbləğdə əqdlərin bağlanmasına icazə verir, qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir. 

Müşahidə Şurasının tərkibi 

1. Elçin Əhmədov Müşahidə Şurasının sədri 
2. Camal Paşayev Müşahidə Şurasının üzvü 
3. Fərhad Baxşəliyev Müşahidə Şurasının üzvü 

Audit Komitəsi 

Bankın Audit Komitəsi üç nəfər üzvdən ibarətdir. Komitənin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə seçilir. Səhmdarların Ümumi Yığıncağı Komitənin üzvlərindən birini Komitənin sədri təyin edir. Audit Komitəsinin üzvlərinin əmək haqqı muzdlu formasında Səhmdarların Ümumi Yığıncağı tərəfindən təyin edilir. Audit Komitəsi bankın strategiyasını və audit siyasətini müəyyən edir, daxili nəzarət sisteminin təkmilləşdirilməsinə dair Səhmdarların Ümumi Yığıncağına və Müşahidə Şurasına təkliflər verir, Mərkəzi Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir. 

Audit Komitəsinin tərkibi 

1. Fərhad Baxşəliyev

2. Camal Paşayev

 

İdarə Heyəti 

Bankın İdarə Heyətinin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə seçilən üç nəfər üzvdən ibarətdir. İdarə Heyətinin səlahiyyətləri onun Əsasnaməsi ilə tənzimlənir. İdarə Heyəti bankın idarə olunması və fəaliyyətinin həyata keçirilməsində birbaşa məsuliyyət daşıyır. 

İdarə Heyətinin tərkibi 

1. Kamil Lətifov

2. Mahir Nəcəfov

3. Fərid Abbasov

Daxili Audit bölməsi 

Daxili Audit Bölməsi Audit Komitəsinin nəzarəti altında fəaliyyət göstərir və bankın icra orqanı ilə qarşılıqllı surətdə bankda daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz nəzarəti həyata keçirir. Daxili Audit Bölməsinin rəhbəri və əməkdaşları Audit Komitəsinin təqdimatına əsasən Müşahidə Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur. Audit Komitəsi və bölməsi Mərkəzi Bankın standart qaydaları əsasında fəaliyyət göstərir. 

Məlumat 

"Premium Bank" ASC Azərbaycan Respublikasının qanunvericiliyinə və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun mühasibat uçotunu aparır. Maliyyə vəziyyətinin təqdim edilməsi ilə əlaqədar bank aşağıda sadalanan hesabatları tərtib edir: 

1. Yeni prudensial hesabatı 
2. Köhnə prudensial hesabatı 
3. Yardımçı hesabat 
4. Məcburi ehtiyyat fondu haqqında hesabat 
5. Kassa Dövriyyəsi Statistikası hesabatı 
6. Tədiyyə balansı hesabatı 
7. SD hesabat 
8. Nağd valyuta mübadiləsi əməliyyatları üzrə hesabat 
9. Həftəlik hesabat 
10. Verği hesabatları 
11. Dövlət Sosial Müdafiə fondun hesabatları 
12. Statistika Komitəsinin hesabatları 
13. Məşqulluğ Mərkəzinə aid hesabatlar 
14. Beynəlxalq Kənar Auditin Maliyyə Hesabatları 

Banklar Haqqında Qanuna uyğun olaraq bankın Balans və Mənfəət-Zərər haqqında illik hesabatı KİV-də hər ilin 31 may tarixinədək dərc olunur. Hər il Beynəlxalq Kənar Audit tərəfindən Maliyyə Hesabatlarına rəy verir və onları təsdiq edir, bu hesabatlar hər ilin 30 iyun tarixinədək Mərkəzi Banka təqdim olunur. Maliyyə və Uçot Departamenti bankda maliyyə nəzarəti həyata keçirir. Həmçinin, bankın Strateji Planını, büdcəsini və rəhbərliyə dair hesabatları tərtib edir. Departament funksional olaraq bankın bütün struktur və filiallarından toplanmış məlumatların təhlilini, büdcənin icrasına nəzarəti və gəlirliliyin qiymətləndirilməsini həyata keçirir.

1.36 MBPDF
Dividend siyasəti
6.90 MBPDF
Strateji plan 2023-2025
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

Approve your information

Type of Card

MasterCard Gold Miles

Card currency

AZN

Card term

2 years

Order type

Usual

Member of Azal Miles program ( if have )

1345673

Take in branch

Head office (Hasan Əliyev st.131A)

Name

Javid

Surname

Guseinov

Patronymic

Samir

Gender

Male

Personal code (You will need it for identification)

1345673

Registration address

13 OGLETHORPE ROAD, , CAMEX LLC / A163050

Workplace

Premium Bank

Position

Manager

Source of income

1000 AZN

Mobile number

+994 70 400 20 45