“Premium Bank” və “VISA”-dan xaricdə təhsil alan tələbələrə dəstək!

18 İyun 2025

“Premium Bank” və “VISA” xaricdə təhsil alan tələbələr üçün kampaniyaya start verir. Belə ki, xaricdə təhsil alan hər bir tələbəyə “Visa Platinum Miles” kartı pulsuz olaraq hədiyyə olunacaq və bütün Visa Miles kartlarına 50% endirim tətbiq olunacaq.

Tələbələr xarici universitetdə oxuduğunu təsdiq edən sənəd (email vasitəsilə göndərilən təsdiq məktubu) və ya tələbə bileti təqdim etməklə və ya təhsil haqqını bankda ödəyərkən bu kampaniyadan yararlana bilərlər.

Visa Platinum Miles kartının üstünlükləri:

  •   Hədiyyə və ekstra millər
  •  10-dan çox aviaşirkətin mil bileti
  •   Ailə mil hesabı
  •   Premium Bank Lounge
  •   DragonPass ilə 1200-dən çox biznes zal
  •   Fast Line (GYD/Avropa)
  •   Fast Track (Avropa/BƏƏ)
  •   Transfer (GYD/Türkiyə/BƏƏ)
  •   Rominqda 2GB internet
  •   See Breeze-də imtiyazlar
  •   24/7 konsyerj xidməti
  •   Premium Bank kartları arasında köçürmələr pulsuz
  •   Komissiyasız nağdlaşdırma 4000 AZN/USD/EUR (aylıq)
  •   Xüsusi endirimlər və s. imtizaylar.


Əlavə olaraq da, kartları birlikdə rəsmiləşdirərkən tələbələrin valideynlərinə də bütün Visa Miles kartlarına 50% endirim tətbiq olunacaq.

Bu fürsətdən yararlanmaq istəyən hər kəs bankın baş ofisinə və ya istənilən filialına yaxınlaşaraq, öz miles kartını əldə edə bilər (onlayn formada sifarişlər qəbul olunmayacaq).

Sosial məsuliyyəti öz fəaliyyətində ön planda tutan “Premium Bank” bu kampaniyanı həyata keçirməkdə məqsədi xarici ölkələrdə təhsil alan gənclərimizə dəstək olmaq, gələcəyimiz olan gənclərin təhsil aldıqları müddətdə onların təhsil həyatında rol oynamaqdır.

Kampaniyanın keçirilmə müddəti: 17.06.2025 - 17.09.2025

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti