"Premium Bank" Komplayens proseslərinin avtomatlaşdırılması üçün FICO® Siron® sistemini tətbiq edəcək

16 Mart 2022
  • Azərbaycan iqtisadiyyatının hava nəqliyyatı sektoruna xidmətdə lider olan Premium Bank komplayens proseslərini optimallaşdırmaq üçün FICO şirkətinin qabaqcıq proqram təminatından istifadə edəcək.
  • FICO şirkətinin sertifikatlaşdırılmış tərəfdaşı olan RDTEX şirkəti sistemin tətbiqinə başlayıb.

 “Premium Bank”da FICO® Siron® proqram təminatının tətbiqi üzrə layihə artıq start götürmüşdür. Bank FICO® Siron®-un funksiyalarından müştərilərin davranışının və onların əməliyyatlarının monitorinqinin həyata keçirilməsi (Siron®AML), müştərilərin risklərinin qiymətləndirilməsi (Siron®KYC) və real zaman rejimində  müştəri ödənişlərinin sanksiya siyahıları ilə üzləşdirilməsi üçün (Siron®Embargo) istifadə edəcəkdir.

“Qlobal dünyada maliyyə cinayətləri riski kifayət qədər yüksəkdir və hər bir bank bu risklərə məruz qala bilər. Banklar daxili nəzarət mexanizmlərinə malik olduqda, müvafiq risklərə qarşı optimal şəkildə müdafiə oluna və bunları ən minimal səviyyəyə qədər azaltmağa nail ola bilərlər. “Premium Bank” ASC bu riskləri minimallaşdırmaq, komplayens sahəsində requlyativ və beynəlxalq tələblərə cavab vermək üçün dünyanın qabaqcıl proqram təminatlarından olan FICO Siron® proqram təminatının tətbiqinə başlamışdır. Qeyd olunan proqramın tətbiqi banka müştərilərin əməliyyatlarını real vaxt rejimində monitorinq etməyə, müştəri risklərinin qiymətləndirilməsinə, habelə müxbir bankçılıq münasibətlərinin inkişaf etdirilməsinə imkan verəcəkdir. Bankımız üçün belə effektiv həlləri təmin edən tərəfdaşlarımız olan FICO TONBELLER və RDTEX şirkətlərinə təşəkkürümüzü bildiririk.”

"Biz Azərbaycanın maliyyə sektoru ilə artıq bir neçə ildir ki, işləyirik və görürük ki, banklar  komplayens  proseslərinin effektiv avtomatlaşdırılması məsələlərinə getdikcə daha çox diqqət yetirirlər. "Premium Bank"ın əsas vəzifəsi – komplayens proseslərinin idarə edilməsində kompleks yanaşmanın istifadəsinə operativ keçiddən ibarətdir, – RDTEX şirkətinin Maliyyə həlləri mərkəzinin direktoru Anna Dmitrakova bildirir.– Bank əməliyyatlarının təhlükəsizliyinin və tənzimləyicinin tələblərinə uyğunluğun təmin edilməsi üçün biz etibarlı avtomatlaşdırılmış sistemlərin yaradılmasında banka öz çoxillik təcrübəmizi və səriştəmizi təklif etməkdən məmnunluq duyuruq".

FICO® Siron®  proqram təminatı müştərilərin tələblərinə cavab verən və cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmağa imkan verən geniş funksionallığa malik modul həllərinin tam kompleksini özündə ehtiva edir. Həllin modulluluğu müxtəlif məhsulları kombinə etməyə imkan verir. Bu, şirkətlərə çirkli pulların yuyulması, fırıldaqçılıq, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üçün uyğunlaşdırılmış bir həll əldə etməyə və yalnız daxili tələblərə deyil, həm də tənzimləyicinin tələblərinə ən yaxşı şəkildə riayət etməyə imkan verir.

 

"Premium Bank" haqqında

1993-cü ildə yaradılmış "Premium Bank" Azərbaycanın ən etibarlı banklarından biridir. Məhz bizim etibarlılığımız öz əmanətlərini qoruyub saxlamaq və artırmaq, eləcə də keyfiyyətli bank xidmətlərini əldə etmək istəyən müştəriləri cəlb edir. "Premium Bank" ASC daim milli universal maliyyə institutunun yaradılmasına yönəlmiş strategiyanı həyata keçirir və bütün növ müştərilərə xidmət göstərir.

Bundan əlavə, bankın əsas fəaliyyət istiqamətlərindən biri korporativ xidmətlərdir. Biz müştərilərimizin tələbatlarını maksimum dərəcədə təmin etmək üçün filial şəbəkəmizi fəal şəkildə inkişaf etdiririk. Bunun sayəsində müştərilərimiz daim ən müasir və keyfiyyətli bank məhsullarından istifadə edə və dünya standartları səviyyəsində xidmətlər əldə edə bilirlər. Pərakəndə biznesin inkişafı bizim üçün daha vacib məsələdir. "Premium Bank" ASC əmanətlərin və kredit məhsullarının müxtəlif variantlarını təklif etməklə əhali ilə fəal şəkildə işləyir.

 

RDTEX şirkəti haqqında

RDTEX şirkəti 1992-ci ildə təsis edilib və 30 ildir ki, sifarişçilərinin biznesinin səmərəliliyi və rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş layihələr həyata keçirir. RDTEX şirkətinin təqdim etdiyi xidmətlər kompleksinə informasiya sistemlərinin işlənib hazırlanması və tətbiqi, idarəetmə konsaltinqi və texnoloji konsaltinq daxildir.

RDTEX şirkəti bu günədək 750-dən çox layihəni uğurla başa çatdırmışdır: dünyanın aparıcı istehsalçıları, korporativ proqram təminatı bazarının liderləri – ABBYY, Arenadata, FICO, Huawei, IBM, Informatica, Microsoft, Oracle, PIX Robotics, SAS, TmaxSoft, UiPath, Sherpа Robotics şirkətlərinin proqram təminatlarının bazasında iri dövlət və kommersiya strukturları üçün unikal informasiya-analitika sistemləri və standart həllər yaratmışdır.

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et