“Premium Bank”-dan özünüməşğulluq proqramına dəstək

08 İyul 2020

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkili təşəbbüsünə ölkənin aparıcı banklarından olan “Premium Bank” ASC də qoşuldu.   

Özünüməşğulluq proqramının prioritet məqsədi ölkədə əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin, işsiz və işaxtaran şəxslərin və b.) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır. Bank tərəfindən, proqrama qoşulan Bakı və Sumqayıt şəhərlərində yaşayan, həssas əhali qrupuna aid vətəndaşlara bərbər və dərzi xidmətləri üzrə kiçik bizneslərinin qurulmasına, həmçinin inkişafına təkan verəcək xüsusi avadanlıqlar təqdim edilib.

Layihədən bəhrələnən şəxslərdən 3 nəfərin aztəminatlı ailənin üzvü, bir nəfərin əlilliyi olan şəxs olması layihənin sosial-iqtisadi məsuliyyətini və əhəmiyyətini daha da artırır.

Belə ki, dərziçilik peşəsi ilə məşğul olan Əliyeva Sədaqət, Salahzadə Ülviyyə və Əlixanova Ofelyaya fəaliyyətləri üçün lazım olan avadanlıqlar alınaraq təhvil verilib. Həmçinin, bərbər peşəsi ilə məşğul olan Əliyev Ehtiram bəyə lazımi avadanlıqlar alınıb və təhvil verilib.

Onu da qeyd etməliyik ki, özünüməşğulluq proqramı hazırda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan mühüm addım olaraq əhalinin əmək məhsuldarlığının, iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına və əlavə iş yerlərinin yaranmasına zəmin yaradacaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandumun icrasını həyata keçirən Premium Bank ilin sonunadək ölkənin fərqli regionlarında aztəminatlı vətəndaşların aktivlərlə təmin edilməsini davam etdirəcək.

Bütün proqram iştirakçılarını təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq!

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et