"Premium Bank" və "BU-RA-DA" qonaq evi əməkdaşlığa başladı

03 İyun 2021

Müştərilər "BU-RA-DA" qonaq evində qalmaq üçün "Premium Bank Miles" kartları ilə ödəniş edərkən, 14% keşbək və əlavə millər qazanacaqlar. Qeyd edək ki, cashback məbləği həmin anda müştərinin hesabına geri köçürüləcək. Ödəniş "Premium Bank"ın POS-terminalları vasitəsilə həyata keçirilməlidir.

"BU-RA-DA" qonaq evi - burada günəş, dəniz, qum olacaq. Burada rahat, isti və dadlı olacaq. "BU-RA-DA" qonaq evi Bakının koloritli, misilsiz gözəlliyə malik olan Buzovna qəsəbəsində, “Beluga” və “Seaside” restoranlarından 5 dəqiqəlik məsafədə yerləşir. "BU-RA-DA" üç ayrıca kottecdən (BU, RA və DA) ibarətdir.

Evlərin dekorasiyası loft üslubunda icra edilmişdir və bütün evlərdə bu üslub demək olar ki, eynidir. Evlər dəniz kənarında yerləşdiyindən divarların, döşəmələrin, pərdələrin rəngləri qum, dəniz və səmanın rənglərinə uyğun olaraq seçilmişdir. Hər bir evin taxta perqolalarla ayrılmış verandası vardır ki, bu da əlavə istilik və təcrid olunma hissi yaradır. Verandalarda qonaqlar dəniz mənzərəsini seyr edəcəklər. Onlar əsrarəngiz təbiətin və bitki örtüyünün əhatəsində bağ mebelindən istifadə etməklə, səhər yeməyini dada biləcəklər. Ərazidə daşdan hazırlanmış rahat barbekü-manqal vardır, burada qonaqlar dadlı quzu ətindən kabab çəkə bilərlər. Obyektin hasarları keramikadan hazırlanmış Şərq kaşıları ilə bəzədilmişdir, onlar axşam vaxtı işıqlandırılır və əlavə rahatlıq bəxş edir. Daha ətraflı məlumat üçün: www.instagram.com/burada427v/

Qeyd edək ki, "Premium Bank" Miles kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramı iştirakçılarının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və istifadə edilən xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəyərək, kart sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanmaqla yanaşı, "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən də toplanılır. Kart sahibi hesabındakı balları AZAL aviaşirkətindən pulsuz uçuş bileti əldə etmək və ya xidmət sinfinin artırılması üçün istifadə edə bilər.

Miles kartlarını bankın baş ofisinə və ya istənilən filialına yaxınlaşaraq, həmçinin saytımızdan onlayn formada əldə edə bilərsiniz: www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/

"Premium Club" partnyorlar şəbəkəsində tətbiq olunan unikal cashback proqramıdır. Ödənişləri "miles kartları" ilə həyata keçirin - cashback və çoxlu millər qazanın. "Premium Club" haqqında daha ətraflı: www.premiumbank.az/cashback/

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın Sosial Mediadakı rəsmi “Facebook” və “Instagram” səhifələrinə müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et