“Premium Bank” və “Khazri Lounge” birgə əməkdaşlığa başlayıb

21 Noyabr 2019

“Premium Bank”-ın “Visa Gold Miles”, “Visa Platinum Miles”, “MC Gold Miles”, “MC Platinum Miles” və “MC Black Edition Miles” kartları ilə Heydər Əliyev Hava Limanı Terminal 1-də yerləşən “Khazri Lounge” zalının xidmətlərindən ekskluziv şərtlərlə istifadə edə bilərsiniz.

“Khazri Lounge” zalı (Terminal 1, Gediş, Bus gate zona, 1-ci mərtəbə, təhlükəsizlik baxışından sonra):

  • sərnişinin “Khazri Lounge” zalının girişində qarşılanması;
  • sərnişinin uçuşqabağı vaxtını (2 saatadək müddət ərzində) rahat və səmərəli keçirməsi üçün “Khazri Lounge” zalında (yumşaq mebel və interyerlə, telefonla, internetlə (o cümlədən WiFi), mətbuat vasitələri ilə, televiziya verlişlərinə baxmaq imkanı və s. ilə təchiz edilmiş zal) yerləşdirilməsi;
  • sərnişinin “Khazri Lounge” zalında təsdiq olunmuş menyuya əsasən qida məhsulları ilə təmin olunması;
  • uçuşla bağlı məlumatların verilməsi;
  • sərnişinin vaxtında miniyə dəvət olunması;
  • tərcüməçi xidməti.                         

Qeydlər:

  • Xidmətdən (ekskluziv tariflə) yararlanmaq üçün “Premium Bank Miles” kartları ilə ödəniş etmək mütləqdir;
  • Hər kart sahibi özü ilə bu ekskluziv tariflə 4 nəfər keçirə bilər (xidmətin dəyəri 15 ABŞ dolları);
  • 2-12 yaşadək uşaqlara giriş 50% endirimlə olacaq (xidmətin dəyəri 7,5 ABŞ dolları);
  • 2 yaşadək uşaqlara giriş pulsuz olacaq.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti