“Premium Pay” ödəmə terminallarında Silahlı Qüvvələrə Yardım Fonduna köçürmə imkanı

09 Oktyabr 2020

Premium Bank-ın “Premium Pay” ödəmə terminallarında “Silahlı Qüvvələrə Yardım Fondu” bölümü yaradılaraq, müştərilərin istifadəsinə təqdim olundu. Ödəmə terminallarında yaradılan yeni bölməyə daxil olaraq köçürmək istədiyiniz vəsaiti bir toxunuşla şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə, “Silahlı Qüvvələrə Yardım Fondu”na köçürmə etmək mümkündür.

Qeyd: “Premium Pay” ödəmə terminallarında Silahlı Qüvvələrə Yardım Fonduna edilən köçürmələrdən heç bir komissiya tutulmur.

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”!

“Premium Pay” - nağdsız hesablaşmaları təmin etmək və müştəri xidmətinin səviyyəsini yüksəltmək üçün yaradılmışdır. “Premium Pay” ödəniş terminalları ilə ən müxtəlif ödənişlər - mobil telefon, kommunal/rabitə ödənişləri (“AzTelekom” – BTRİB), həmçinin “Premium Bank”a aid ödənişlər (kredit ödənişi, bank kartlarına onlayn rejimdə mədaxil) etmək mümkündür. Bu terminallar vasitəsilə edilən ödənişlər və hesaba mədaxillər dərhal həyata keçir və ödəniş əsasında qəbz təqdim olunur. “Premium Pay” terminallarının digər böyük üstünlüyü - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılan Hökümət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə həm də dövlət ödənişlərini ödəməyə imkan verməsidir. Belə ki, müştərilər Azərbaycan İpoteka Fondu, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, ARDNŞ-in “Azəriqaz” İB, “Azəristilik” ASC, Stasionar Telefon Xidmətləri üzrə 110-dan artıq xidmət üçün inzibati cərimə, rüsum və başqa büdcə ödənişlərini “Premium Pay” terminalları vasitəsilə həyata keçirə bilirlər.

Ünvanlarla tanış olmaq üçün aşağıda qeyd olunan linkə daxil ola bilərsiniz: https://www.premiumbank.az/az/service-network/?type=swpay

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et