Visa Signature Miles kartını cəmi 150 azn-a (3 illik) əldə etmək fürsətini qaçırmayın

01 Noyabr 2022

Kampaniya ərzində hər kəs “Premium Bank”dan “Visa Signature Miles” kartını daha sərfəli şərtlərlə − cəmi 100 AZN (2 illik) və 150 AZN (3 illik) əldə edə biləcək. Kampaniyanın əsas məqsədi, müştərilərimiz öz ailə üzvlərinin hər biri üçün “Visa Signature Miles” kartını əldə etsinlər və səyahətlər zamanı kartın təqdim etdiyi bütün üstünlüklərdən birlikdə istifadə etsinlər. Kampaniyanın keçirilmə müddəti: 01.11.2022 – 15.11.2022

Pulsuz olaraq transfer xidmətini və Fast track xidmətini sifariş edin, ailə üzvlərinizlə birlikdə VIP zalları ziyarət edin, səyahətə yollanın və bütün imtiyazlardan birlikdə istifadə edin.

Bu fürsətdən yararlanmaq istəyən hər kəs saytımızdan onlayn formada öz miles kartını əldə edə bilər: https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-signature-miles-1/

“Visa Signature Miles” kartının əsas üstünlükləri:

✔️5 AZN = 1 Miles;

✔️400 miles hədiyyə (hər yeni açılmış karta görə);

✔️Millərin 3 il müddətinə istifadəsi;

✔️Apple Pay və Google Pay ilə ödəniş etmək imkanı;

✔️"Premium Bank Lounge" vip-zalını ziyarət etmək hüququ (ildə 10 dəfə pulsuz);

✔️Heydər Əliyev Hava Limanına gediş və gəliş zamanı pulsuz transfer xidməti (yeni Mercedes-Benz biznes sinifi avtomobilləri ildə 4 dəfə pulsuz);

✔️"Lounge Key" proqramı üzrə 1000-dən çox biznes-zalı ziyarət etmək hüququ (ildə 4 dəfə pulsuz);

✔️Heydər Əliyev Hava limanında "Fast track" xidməti (ildə 10 dəfə pulsuz);

✔️İstanbul, Barselona, Milan, Roma, Valensiya və Larnaka (Kipr) Hava limanlarında "Fast track" xidməti (ildə 10 dəfə pulsuz);

✔️Sağlam Ailə şəbəkəsində "COVID-19" testi (ildə 4 dəfə pulsuz);

✔️Dünyanın istənilən ölkəsində 24/7 rejimində “Concierge” servisi;

✔️"Digital Concierge" çatbot - sizin şəxsi köməkçiniz (Telegram, Whatsapp, Viber);

✔️Tibbi dəstək və sığorta dəstəyi (səyahət zamanı tam sığortalanma);

✔️Reysin, baqajın gecikməsinin kompensasiyası və alışların qorunması;

✔️“Azal Club” loyallıq proqramının üzvü olacaqsınız (400-dən çox partnyor satış nöqtəsindən əlavə millər);

✔️Avtomobillərin icarəsinə 35%-dək endirim.

Qeyd edək ki, "Premium Bank" Miles kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və istifadə edilən xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəyərək, kart sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanmaqla yanaşı, "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən də toplanılır. Kart sahibi hesabındakı balları özü və ailə üzvləri üçün AZAL aviaşirkətinin pulsuz uçuş biletinə və ya xidmət sinfinin artırılmasına istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın Sosial Mediadakı rəsmi “Facebook” və “Instagram” səhifələrinə müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et