PL/TMM haqqında Qanunda dəyişikliklərlə bağlı müştərilərin məlumatlandırılması:

07 Fevral 2023

Hörmətli müştərilər,

Nəzərinizə çatdırmaq istərdik ki, ölkəmizin qanunvericilik sistemində aparılan islahatların davamı olaraq, o cümlədən maliyyə institutlarının fəaliyyətini tənzimləyən yerli qanunvericilik sisteminin qlobal iqtisadi və huquqi proseslərə uyğunlaşdırılması məqsədilə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanun”u (qısa olaraq – PL/TMM haqqında qanun) yeni redaksiyada təsdiq edilmişdir. Qanundan irəli gələn aşağıdakı önəmli məsələni diqqətinizə təqdim edirik:

  • 4.4.6. bu Qanunun 4.19-cu və 4.20-ci maddələrində nəzərdə tutulmuş tələblər barədə öhdəlik daşıyan şəxslər müştərini məlumatlandırmalıdırlar.
  • 4.19. Peşəkar fəaliyyət çərçivəsində üçüncü şəxslərə hüquqi şəxsləri və ya onların filial və nümayəndəliklərini təsis etmək, hüquqi şəxslərin qanuni təmsilçisi qismində çıxış etmək, hüquqi şəxslər və ya onların filial və nümayəndəlikləri üçün hüquqi ünvan təmin etmək kimi xidmətləri göstərən şəxslər şirkətin Xidmət Təminatçıları hesab edilir. Xarici ölkədə (ərazidə) təsis edilən (qeydiyyatdan keçən) hüquqi şəxsin kənar idarəçisi qismində çıxış edən şirkətin xidmət təminatçıları, fəaliyyət istiqamətlərinə uyğun olaraq, öhdəlik daşıyan şəxslərlə işgüzar münasibətlər qurarkən, şirkətin xidmət təminatçısı qismində iştirak etdiyini bəyan etməli və bununla əlaqədar zəruri bütün məlumat və sənədləri təqdim etməlidirlər.
  • 4.20. Xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxslər fəaliyyət istiqamətlərinə uyğun olaraq öhdəlik daşıyan şəxslərlə (bura banklar da aiddir) işgüzar münasibətlər qurarkən xarici hüquqi təsisatın idarəçisi olduğunu bəyan etməli və idarəçisi olduğu xarici hüquqi təsisatın əmlak strukturu, təsisçisi, benefisiarı (benefisiarları, benefisiarlar qrupunu), digər idarəçiləri (olduğu təqdirdə), xarici hüquqi təsisat təminatçıları (olduğu təqdirdə) və ya eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər haqqında məlumat və sənədləri və xarici hüquqi təsisatın təsis sənədinin surətini təqdim etməlidirlər.
  • 1.1.17. xarici hüquqi təsisat – xarici dövlətdə (ərazidə) qüvvədə olan qanunvericiliyə uyğun olaraq hüquqi şəxs yaratmadan təsis edilən və fiziki və ya hüquqi şəxs olan təsisçi tərəfindən benefisiarın və ya benefisiarlar qrupunun faydalanması və ya xüsusi məqsədlər çərçivəsində xarici hüquqi təsisat təminatçısının nəzarəti şərtilə və ya belə şərt olmadan əmlakın xarici hüquqi təsisat idarəçisinin mülkiyyətinə verilməsi ilə bağlı fəaliyyəti həyata keçirən trast və ya analoji xüsusiyyətlərə malik digər təsisat. Xarici hüquqi təsisatın təsisçisi, idarəçisi, təminatçısı, benefisiarı və ya benefisiarlar qrupu dedikdə xarici hüquqi təsisatın təsis sənədindən irəli gələn müvafiq hüquq və vəzifələri daşıyan şəxslər nəzərdə tutulur;

Qeyd olunan məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsində aşağıdakı sanksiyalar tətbiq edilə bilər:

  • 598.2. Xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxsin öhdəlik daşıyan şəxslərlə işgüzar münasibətlər qurarkən xarici hüquqi təsisatın idarəçisi olduğunu bəyan etməməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxsləri iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
  • 598.3. Xarici ölkədə (ərazidə) təsis edilən (qeydiyyatdan keçən) hüquqi şəxsin kənar idarəçisi qismində çıxış edən şirkətin xidmət təminatçısının öhdəlik daşıyan şəxslərlə işgüzar münasibətlər qurması zamanı şirkətin xidmət təminatçısı qismində iştirak etdiyini bəyan etməməsinə və bununla əlaqədar zəruri bütün məlumat və sənədləri təqdim etməməsinə görə - fiziki şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxsləri iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

Approve your information

Type of Card

MasterCard Gold Miles

Card currency

AZN

Card term

2 years

Order type

Usual

Member of Azal Miles program ( if have )

1345673

Take in branch

Head office (Hasan Əliyev st.131A)

Name

Javid

Surname

Guseinov

Patronymic

Samir

Gender

Male

Personal code (You will need it for identification)

1345673

Registration address

13 OGLETHORPE ROAD, , CAMEX LLC / A163050

Workplace

Premium Bank

Position

Manager

Source of income

1000 AZN

Mobile number

+994 70 400 20 45