“Premium Bank”-dan bayram aksiyası bütün növ "Visa Miles” kartları yarı qiymətinə

16 Mart 2021

“Premium Bank” xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, bayram kampaniyasız olmaz deyərək, sizə geniş imkanlar yaradan, alış-verişinizi səyahətə çevirən “Visa Classic Miles”, “Visa Gold Miles”, “Visa Platinum Miles” və "Visa Signature Miles" kartlarını yarı qiymətinə təklif edirik.

Kampaniyamızdan yararlanmaq istəyən hər kəs 16 – 31 mart 2021-ci il tarixləri arasında bankın baş ofisinə və ya istənilən filialına yaxınlaşaraq, həmçinin saytımızdan onlayn formada öz miles kartını əldə edə bilər.

«Visa Classic Miles» - https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-classic-miles/

«Visa Gold Miles» - https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-gold-miles/

«Visa Platinum Miles» / pulsuz çatdırılma - https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-platinum-miles/

«Visa Signature Miles» / pulsuz çatdırılma - https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-signature-miles-1/

Qeyd edək ki, "Premium Bank" Miles kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və istifadə edilən xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəyərək, kart sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanmaqla yanaşı, "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən də toplanılır. Kart sahibi hesabındakı balları AZAL aviaşirkətinin pulsuz uçuş biletinə və ya xidmət sinfinin artırılmasına istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın Sosial Mediadakı rəsmi “Facebook” və “Instagram” səhifələrinə müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et