“PREMIUM BANK” fəaliyyətini genişləndirir

24 Oktyabr 2019

"Premium Bank" ASC ölkəmizdə nağdsız hesablaşmalarının inkişafına və elektron ödəniş xidmətlərinin genişləndirilməsinə tövhə verən “SOCAR PETROLEUM” QSC ilə birgə əməkdaşlığa başlayıblar. "Premium Bank" ASC-nin Miles kartlarının sahibləri “SOCAR” yanacaqdoldurma məntəqələrində yanacağı alarkən əlavə mil balları qazanmış olacaqlar və toplanan milləri “Azərbaycan Hava Yolları” QSC-nin uçuş istiqamətləri üzrə biletə çevirmək imkanı əldə edəcəklər.

Müştərilərə bu imkanın verilməsi məqsədi ilə “SOCAR” yanacaqdoldurma məntəqələrində "Premium Bank" ASC-nin POS-terminalları quraşdırılıb. Əlavə millərin qazanılması "Premium Bank"-ın POS terminalları ilə ödəniş edən bankın bütün Miles kart sahibləri üçün etibarlıdır.

Xatırlatmaq istərdik ki, "Premium Bank" Miles kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Toplanılan balları kart sahibi AZAL aviaşirkətinin pulsuz uçuş biletinə, xidmət sinfinin artırılmasına istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

1 2 3 4 5 6

Növbəti