"Premium Bank Miles" və "AZAL-Miles" bonus proqramının iştirakçıları üçün xoş xəbər!

23 Aprel 2021

Bundan sonra "Azərbaycan Hava Yolları" tərəfindən həyata keçirilən bütün xüsusi reyslərdə bonus proqramımızın üstünlüklərindən faydalana bilərsiniz. Belə ki, topladığınız mil ballarına görə "AZAL" aviaşirkətinin xüsusi reyslərinə aviabilet əldə edə bilərsiniz.

Həmçinin xidmət sinifinin ekonomdan daha yuxarı siniflərə yüksəldilməsi ilə bağlı da müsbət dəyişikliklər mövcuddur. Beləliklə, "AZAL-Miles" proqramının iştirakçıları ekonom sinfinin istənilən təxsisetmə sinfindən aviabiletin xidmət sinfini (biznes, komfort və ya VIP siniflərinədək) yüksəldə bilərlər (əvvəllər bu yalnız ən yüksək təxsisetmə sinfindən Y-sinifdən edilə bilərdi).

Aviabiletin əldə olunması və ya mil ballarına görə xidmət sinfinin yüksəldilməsi şərtləri ilə qeyd olunan linkə keçid etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/azal-miles/spend-points

Aviabilet əldə etmək üçün rəsmi aviabilet satış ofislərinə müraciət edə bilərsiniz.

Qeyd edək ki, "Premium Bank" Miles kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramı iştirakçılarının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və istifadə edilən xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəyərək, kart sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanmaqla yanaşı, "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən də toplanılır. Kart sahibi hesabındakı balları AZAL aviaşirkətindən pulsuz uçuş bileti əldə etmək və ya xidmət sinfinin artırılması üçün istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın Sosial Mediadakı rəsmi “Facebook” və “Instagram” səhifələrinə müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

Approve your information

Type of Card

MasterCard Gold Miles

Card currency

AZN

Card term

2 years

Order type

Usual

Member of Azal Miles program ( if have )

1345673

Take in branch

Head office (Hasan Əliyev st.131A)

Name

Javid

Surname

Guseinov

Patronymic

Samir

Gender

Male

Personal code (You will need it for identification)

1345673

Registration address

13 OGLETHORPE ROAD, , CAMEX LLC / A163050

Workplace

Premium Bank

Position

Manager

Source of income

1000 AZN

Mobile number

+994 70 400 20 45