"Premium Bank"ın Visa Miles kartlarına 50% endirim kampaniyası

01 İyun 2020

“Premium Bank” və “Visa International” 1 iyun 2020 – 30 iyun 2020-ci il tarixlərində yeni kampaniyaya start verir. Kampaniya ərzində “Visa Classic Miles”, “Visa Gold Miles”, “Visa Platinum Miles” və "Visa Signature Miles" kartlarını 50% endirimlə əldə etmək m​ümkün olacaq.

Kartları bank-ın baş ofis/fillialarında və onlayn əldə edə bilərsiniz:

«Visa Classic Miles» https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-classic-miles/ 

«Visa Gold Miles» - https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-gold-miles/ 

«Visa Platinum Miles» - https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-platinum-miles/

«Visa Signature Miles» - https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-signature-miles-1/

Xatırlatmaq istərdik ki, "Premium Bank" Miles kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Toplanılan balları kart sahibi AZAL aviaşirkətinin pulsuz uçuş biletinə, xidmət sinfinin artırılmasına istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et