“Premium Bank” və "Beerbaşa" birgə əməkdaşlığa başlayıb

16 Dekabr 2019

“Premium Bank” Miles kartları ilə "Beerbaşa"da ödəniş edən müştərilər, 3,5% cashback və əlavə mil balları qazanacaqlar. Əgər indiyədək Bakının heç bir pivə restoranı tələblərinizə cavab verməyib, deməli, siz Beerbasha-da olmamısınız. Sizə elə buradaca hazırladığımız pivəmizdən təklif etməyə məmnunuq. Qəlyanaltılar müxtəlifliyi, böyük porsiyalar və səmimi münasibət bir parç tünd və ya açıq pivə ilə dostların əhatəsində keçirilən axşamın ideal formuludur. Qeyd etmək istərdik ki, cashback məbləği ani anda müştərinin hesabına geri köçürüləcək.

Ünvan: Parlament pr., 8A

Tel. : +994 12 310 29 29

Xatırlatmaq istərdik ki, "Premium Bank" Miles kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Toplanılan balları kart sahibi AZAL aviaşirkətinin pulsuz uçuş biletinə, xidmət sinfinin artırılmasına istifadə edə bilər.

"Premium Bank Miles" kartlarını onlayn sifariş edə bilərsiniz: http://bit.ly/2SjukWr

"Premium Club" proqramı haqqında: www.premiumbank.az/cashback/

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et