"Mastercard" şirkəti «Premium Bank»ı mükafatlandırdı.

11 Dekabr 2019

10.12.2019-cu il tarixində “JW Marriott Absheron Baku” otelində “Mastercard” beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırma mərasimi keçirilmişdir.

«Premium Bank» "Mastercard World Black Edition" kartlarının sayını ən çox artıran 1-ci Bank nominasiyasında qalib gələrək xüsusi dilplomla təltif edilmişdir. Qeyd etmək istərdik ki, bankımız çox qısa bir zamanda bu yüksək göstəricilərə nail olmağa bacarmışdır. Bu mükafatın qazanılmasında bizimlə olan hər bir müştərimizə təşəkkürümüzü bildiririk!

Xatırlatmaq istərdik ki, 2018-ci ildə «Premium Bank» «AZAL» aviaşirkəti və Mastercard beynəlxalq ödəniş sistemi ilə birgə Mastercard Black Edition Miles kobrend premium kartını buraxmışdır. Bu kart bankın hesab etibarilə 7-ci Miles kartıdır. Mastercard Black Edition Miles kartını səciyyələndirən cəhətlər parlaq dizayn, yüksək mil hesablanması, yenilikçi həllər dünyanın istənilən şəhərində mövcud xüsusi imtiyazlar kompleksidir. Bu kart ən yüksək səviyyədə rahatlığı və çoxlu səyahəti sevən insanlara ideal şəkildə uyğundur. Kartlar 2 və 3 il müddətinə buraxılır. Müştərinin seçimindən asılı olaraq kart manat, ABŞ dolları və ya avro ilə verilə bilər.
"Mastercard World Black Edition» kartını bu linkdən onlayn sifariş vermək mümkündür: 

https://www.premiumbank.az/az/for-life/plastic-cards/miles-kartlar/mastercard-black-edition-miles/ 

 

 

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et