“Premium Bank” ASC Müşahidə Şurasının Sədri Cənab Elçin Əhmədovla müsahibə!

26 Dekabr 2023

“Premium Bank” Açıq Səhmdar Cəmiyyəti artıq, 30 ildir, fəaliyyət göstərir. Bu, Azərbaycanımızın yenidən müstəqillik əldə etdiyi tarixdən ötən bir dövr sayılır. Ölkənin bank sektorunda bu cür bankların sayı çox deyil. Sual yaranır: “Premium Bank” günümüzə haradan və necə gəlib çıxıb, gələcək üçün hansı iddialara sahibdir?”

Həm bu xüsusda suallarımıza cavab almaq, həm də bankın 30 illiyi münasibətilə “Premium Bank” ASC Müşahidə Şurasının Sədri Cənab Elçin Əhmədovla görüşmək qərarına gəldik.

Hörmətli Sədr, bankınızın fəaliyyətə başlamasından 30 il keçir. Bu gün “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti ölkəmizin bank sektorunda 23 bankdan biri olaraq fəaliyyət göstərir. Bu haqda məlumat verməyinizi istərdik.

Bankımızın tarixinə qısa səyahət etməli olsaq xatırlatmalıyam ki, fəalliyyətə “Mərkəzi Bank”ın 175 saylı lisenziyası əsasında 1994–cü ildə başlamışıq. Həmin dövrdə ölkə iqtisadiyyatının və maliyyə sisteminin, eləcə də onların tərkib hissəsi olan bank sektorunun vəziyyəti çox ağır idi. Bank sektorunda daha xaotik vəziyyət hökm sürürdü. Çünki ölkədə maliyyə çatışmazlığı var idi və yeni iqtisadi sistemə keçid qarşıda ciddi tələb kimi dayanmışdı.

Ümummilli Lider Heydər Əliyevin dahiyanə, uzaqgörən siyasəti və atdığı qətiyyətli addımlar sayəsində 1995-ci ildən etibarən iqtisadi vəziyyət durulmağa başladı. Bu isə öz təzahürünü tədricən bank sektorunda da göstərdi. Bankımız respublikanın etibarlı və aparıcı banklarından biri olmaq hədəfi ilə məhz bu dönəmdə fəaliyyətə başladı və bütöv sektorun inkişafı çərçivəsində mövcudluğunu qoruyub saxlayaraq davam etdirdi.

“Premium Bank” ASC sürətlə inkişaf edən, sabit və tanınan maliyyə-kredit təşkilatı və çoxprofilli maliyyə institutudur. Bankın əsas fəaliyyət istiqamətini universal bankçılıq təşkil edib və bu gün də etməkdə davam edir.

Bankın əsas strategiyasını keyfiyyətli, sürətli və sərfəli xidmət, faydalılıq və peşakarlıq təşkil edir. Bank öz fəaliyyətini əvvəlki illərdə qəbul olunmuş Strateji Plana uyğun olaraq qurmuş, ona görə də ötən illər ərzində nəzərə çarpan bütün zəif amillər müəyyən və tam dərəcədə aradan qaldırılmışdır.

Qeyd etdiyimiz kimi, bankınızın fəaliyyətə başlamasından 30 il keçir. Bu müddət ərzində “Premium Bank” ASC-nin keçdiyi yola nəzər salsaq görülən işlər sırasında əsas olaraq nələrə diqqət yetirə bilərik?

Bankımızın strateji baxışı yarandığı gündən sabit böyümək, inkişaf, maliyyə sektorunda müştərilərə keyfiyyət və sürətli xidmət göstərmək, etibarlı nüfuza və stabil maliyyə gücünə sahib olmaq üzərində kökləndiyindən, ötən 30 il ərzində daim irəliyə doğru addım atmaq, ölkəmizin bank sektorunda möhkəmlənmək, xidmətləri həm keyfiyyət, həm də mütərəqqilik baxımından artırmaq mümkün olmuşdur.

Düşünürəm ki, ölkəmizdə qeyd olunan ötən dövr ərzində ardıcıl sürətdə bu cür müsbət nəticələr göstərən banklar çox sayda ola bilməzdi. Ümumiyyətlə, hesab edirəm, bank üçün əsas şərt birdəfəlik uğurlar deyil, onun bütün iqtisadi dövr və mərhələlər ərzində apardığı siyasətdir.

"Premium Bank" ASC bu gün ölkəmizdən ən etibarlı banklarındandır. Bu da onu topladığı pul vəsaitlərini qorumaq və çoxaltmaq, keyfiyyətli bank xidməti əldə etmək istəyən hər kəs üçün cəlbedici edir. Əhaliyə yüksək keyfiyyətli, səviyyəli bütün növ bank xidmətləri və şəffaf münasibət təqdim etmək əsas vəzifə və prioritetlərimizdəndir.

Bankın bu gün üçün vəziyyətini necə qiymətləndirirsiniz? Hazırkı bank sistemində 23 bank sırasındakı yerinizi necə görürsünüz?

Ümumiyyətlə, "Premium Bank" ASC davamlı olaraq milli miqyaslı universal maliyyə institutunu yaratmaq və bunu həyata keçirmək, hər növ müştəri kateqoriyasına xidmət göstərmək üzrə çalışır. Korporativ xidmətlər bankın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etməkdədir.

Pərakəndə biznesin inkişafı hər bir bank üçün əhəmiyyətlidir. "Premium Bank" ASC əmanətin müxtəlif variantlarını və müxtəlif kredit məhsullarını təklif edərək əhali ilə fəal işləmə məqsədinə istiqamətlənmişdir.

Yeri gəlmişkən, "Premium Bank" ASC 2023-cü ilin yanvar - noyabr aylarını xalis mənfəət ilə başa vurub. Beləliklə də, bankın xalis mənfəəti cari ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 38.14% artmışdır. Bütün bu göstəricilərin, demək olar ki, hamısı keçən ilin eyni dövrünə aid göstəricilərdən yüksəkdir.

Bankınızın qarşısında hansı vəzifələr durur? Prioritetlərinizə toxundunuz, üstünlük verdiyiniz məqamları qeyd etdiniz. Getdikcə artan rəqabət şəraitində xidmət sferanızı necə və hansı istiqamətlərdə genişləndirməyi düşünürsünüz?

Ölkəmizdə pərakəndə bank xidmətləri bazarı mərhələli olaraq inkişaf edir.

Hesab edirəm, hər bir bankın sonrakı inkişafına əsasən bu amillər xidmət göstərə bilər:

Əhalinin banklara etibarının artması, qanunların təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsi. Müvafiq marketinq tədqiqatlarının nəticələrinə əsasən bazarın tələbatına uyğun məhsul və xidmətlər portfelinin formalaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istənilən bankın fəaliyyətinə mühüm müsbət töhfələr verə bilər.

Ümumiyyətlə, hər bir bazarın vəziyyəti tələbat – təklif münasibətləri, o cümlədən bu münasibətlərə adekvat qiymət əsasında xarakterizə olunduğundan uğurlu perspektiv də məhz ödəmə qabiliyyətli tələbatların təkliflər üzərində üstünlük təşkil etməsi ilə əldə olunacaq. Odur ki, “Premium Bank”ın da əsas hədəfi gəlirlilik, mənfəət hesabına nizamnamə kapitalını müntəzəm artırmaq, nüfuzlu banklarla rəqabəti gücləndirməyə hazır olmaq, biznesin inkişafını və ən əsası bankın imicinin qorunmasını təmin etməkdən ibarətdir.

Bununla yanaşı, bankımız xarici iqtisadi əlaqələri və fəaliyyəti genişləndirmək məqsədilə müxbir əlaqələrin qurulması, ölkədən kənarda nümayəndəliklərin yaradılması və sair bu kimi işlərlə xidmət sahələrinin şaxələnməsi istiqamətində addımlamağı da diqqətdən kənar saxlamır. Bu zaman müştərilərə yerli və xarici valyutalarda məhdudiyyətsiz xidmət göstərmək əsas məqsəd sayılır.

Misal olaraq, qeyd etmək istəyirəm ki, bankımızın həm USD, həm də EUR klirinq sistemlərinə birbaşa çıxışı olan banklarda müxbir hesabları mövcuddur.

Ümumiyyətlə, bankımız üçün əsas “strategy priorities” itki riskini azaltmaq məqsədilə aktivlər strukturunu optimallaşdırmaq, qeyri-mənfəətli aktivləri daha qənaətli xidmət növlərinə keçirməklə əməliyyatların səmərəliliyini artırmaq, fəaliyyətin itkisizliyini və kapitallaşdırılmasını yüksək səviyyədə təşkil etmək üçün xərcləri optimallaşdırmaq, xidmət keyfiyyəti, idarəetmə və işgüzar etikanın standartlarını yüksək səviyyədə təmin etmək vasitəsilə idarəetmə strukturunu təkmilləşdirmək kimi vəzifələri həyata keçirməkdir. Bu vəzifələr sərmayə cəlbediciliyi və gəlirlilik həddini yüksəltmək məqsədlərinə görə vacib sayılır.

Yeri gəlmişkən, Bankın 2020 – 2023-cü illər ərzində sosialyönümlü özünəməşğulluq layihəsində fəal iştirak etməsi və bu müstəvidə, məsələn 80 nəfəri ümumilikdə 308 966 manat avadanlıqla təmin etməsi faktını ayrıca qeyd etmək lazımdır. Dövlətimizin sözügedən istiqamətdəki siyasətinə töhfə vermək də bizim xidmət sferamıza daxil olduğundan bu qəbildən olan işləri genişləndirmək niyyətimiz vardır.

“Premium Bank”ın məhsulları haqda məlumat verməyinizi xahiş edirəm. Ümumiyyətlə, təqdim olunan məhsul sferasında bankınız xidmət çeşidini və müştəri cəlbediciliyini artırmaq istiqamətində hansı işləri görür və nə kimi yeniliklər tətbiq etmək niyyətindədir? Nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində bankınız digər banklardan fərqli olaraq hansı töhfələr verir və yaxud yeniliklər tətbiq etmək niyyətindədirmi?  

Etiraf etməliyik ki, bu gün təqdim olunan məhsul çeşidləri və növləri üzrə banklar arasında çox ciddi rəqabət mövcuddur. Hər gün bazara yeni növ plastik kartlar, müxtəlif çeşiddə xidmət növləri, əmanət yerləşdirilməsi, həmçinin kredit təklifləri üzrə tətbiqlər barəsində təkliflər təqdim olunur.

“Premium Bank” bu istiqamət üzrə də spesifikliyə üstünlük verməyə çalışır. Bankımız özünəməxsus plastik kartları ilə məşhurdur. Miles kart məhsulumuz nağdsız ödənişlər üçün müştərilərə pulsuz aviabilet qazanmaq, eləcə də müxtəlif üstün xidmətlər əldə etmək üçün səyahət milləri və bonus ballar toplamaq imkanı verir.

Biz bu məhsul növümüz üzrə ötən müddət ərzində daha çox çeşiddə imtiyazlar yaratmışıq və zaman keçdikcə yaratmağa davam edəcəyik. Bundan başqa, bankımız digər çeşid xidmət və təkliflərimizi də formalaşdıraraq durmadan inkişaf etdirir. Nağdsız ödənişlərin inkişafı üçün həm Bakıda, həm də regionlarda müxtəlif obyektlərdə 300-ə yaxın bank pos-terminalı quraşdırmışıq.

Müştəri cəlbini genişləndirmək və inkişaf etdirmək demək olar əsas məqsədlərimizdəndir. Odur ki, bu məsələnin üzərində daim işləyirik.

Yeri gəlmişkən, rəqəmsal texnologiyanın inkişafı bank xidmətlərinin icrasında geniş tədbiq olunur. Bu sahədə hər hansı layihələr və sair mövcuddurmu?

“Premium Bank” hələ beş il öncə yeni İnternet bankçılıq və Mobil bankçılıq proqramını işə salmaqla müştərilərə banka gəlmədən, vaxt itirmədən müəyyən bank əməliyyatlarını həyata keçirmək imkanı yaratmışdır.

Ümumiyyətlə, informasiya texnologiyalarından kənarda uğurlu bank fəaliyyətinin inkişafı mümkün deyil. Bu sahədə yeniliklər sürətli xarakter daşıdığından onların daimi tətbiqi və istifadəsi lazımdır. Bu gün elmi və texnoloji tərəqqi, başqa sözlə, innovasiya prosesi rəqabəti getdikcə daha çox kəskinləşdirən başlıca amil olduğundan hər bir kommersiya bankından da fəaliyyətini təşkil etmək və inkişaf etdirməklə bağlı geniş konsepsiyalı yanaşma tələb edir. 

Bütün bunlar isə fasiləsiz olaraq yeni-yeni sərmayə qoyuluşları, investisiya deməkdir. Belə ki, mütərəqqi hesablama platformalarına keçmək üçün proqram təminatı, telekommunikasiya avadanlıqlarının təchizi və s. əlavə vəsait sərfi olmadan mümkün deyildir. Ancaq nəticədə xidmətlərin, fəaliyyətin daha ucuz və sürətli həyata keçməsinə nail olunur ki, bu da rəqabətdən qalib çıxmağa imkan yaradır.

“Premium Bank” işin sadələşdirilməsi və yüksək səviyyəli xidmət sisteminin yaradılması istiqamətində bütün bu çağırışlar qarşısında, təbii ki, səssiz qala bilməz.

Cari ildə məcmu kapital miqdarının banklar üçün müəyyən edilmiş minimal miqdardan çox təşkil etməsi, məcmu kapitalının adekvatlıq əmsalının 10%-dən çox olması, habelə cari fəaliyyətin etibarlı, prudensial qaydada həyata keçirilməsi üçün tələb olunan lazımi şərait haqda fikirlərinizi bilmək istərdik.

Qeyd etdiyim kimi, “Premium Bank”ın əsas hədəfi gəlirlilik, əldə etdiyi mənfəət hesabına nizamnamə kapitalını müntəzəm artırmaq, nüfuzlu banklarla getdikcə güclənən rəqabətə hazır olmaq, biznesin inkişafına və bankın imicinin qorunmasına nail olmaqdan ibarətdir. Bankın strateji baxışına sabit böyümək və inkişaf etməklə yanaşı, maliyyə sektorunda müştərilərinə keyfiyyət və sürətli xidmət göstərən, etibarlı nüfuza, stabil maliyyə gücünə sahib bir qurum olmaq da daxildir.

Ümumiyyətlə, “Premium Bank” təhlükəsiz fəaliyyətin təmin edilməsinə istiqamətlənmiş, müvafiq normativ, qayda, tələb və göstərişlərə əsaslanmış, düşünülmüş davranış, idarəetmə və nəzarət üsuluna daim riayət etməyə çalışmışdır və bu gün də çalışır.

Qeyd edim ki, bankın cari ilin 11 ayının yekununa məcmu kapitalın adekvatlıq əmsalı 40.32 % təşkil etmişdir ki, bu da öz növbəsində tələb olunan minimal adekvatlıq əmsalının 4 dəfəyə qədər üstələməsi deməkdir. 

Bankınız biznes kreditləşdirilməsində, ümumiyyətlə, iqtisadiyyatın real sektorunu maliyyələşdirməkdə hansı dərəcədə iştirak edir və bu sahədə strategiyanız nədən ibarətdir?

Bankımız əməliyyatların xarakterindən asılı olaraq kredit, bazar, əməliyyat, likvidlik, strategiya və layihə risklərini idarə edir və əhəmiyyətli riskləri tanıyaraq, bu risk növləri üzrə risk iştahasını müəyyənləşdirir. Risklərin idarə edilməsi strategiyasına uyğun olaraq da çevik tədbirlər müəyyən edir. 

Rəqəmlərə müraciət etsək, deyə bilərik ki, 2023-cü ilin 30 noyabrına bankımızın kredit portfeli 81,5 %-ni biznes, 14,7 %-ni daşınmaz əmlak, yalnız 3,8 %-ni istehlak kreditləri təşkil edib. Bu sahədə bazarda payımız 2 %-dən çox təşkil edir.

“Premium Bank”ın kredit vəsaitləri ölkənin bir çox sektorlarını maliyyələşdirməyə yönəldilməklə onun fəaliyyətindən əldə olunan valyuta gəlirlərini artırmağa xidmət etdiyindən qeyri-neft sektoru üzrə bu sahədə dövriyyənin genişlənməsinə xidmət edir.

Müasir dövrdə hər cür fəaliyyət və xidmətin, o cümlədən daha çox gəlir əldə etmək üçün müxtəlif ideyaların icrası innovasiyalı və rəqəmsal texnologiyaların tətbiqi vasitəsilə həyata keçirilsə də, bu sahədə əsas şərt yenə də kadr və potensialdır. “Premium Bank” bankçılıq sferasında peşəkarları müəyyən edib seçmək, bir sözlə, keyfiyyətli kadr potensialına sahib olmaq istiqamətində hansı addımları atır və nə siyasət yürüdür?

Bu gün ölkənin bank sektorunun vəziyyəti kommersiya banklarının, ümumiyyətlə, bizim kimi maliyyə institutlarının qarşısında böyük vəzifələr yaradır. Müştərilərə operativ və keyfiyyətli xidmətin təqdim olunması, sərbəst vəsaitlərin cəlb edilməsi, iqtisadiyyatın inkişafı ilə bağlı bütün növ tələblərlə ayaqlaşmaq, sektorun bütün iştirakçıları ilə rəqabətə tab gətirmək və buna uyğunlaşmaq, etibarlılıq, likvidlik, şəffaflıq və müstəqillik kimi prinsiplərin icrasını təmin etmək, biznes etikasında yüksək standartlara nail olmaq məqsədilə idarəetməni fasiləsiz təkmilləşdirmək belə vəzifələrdəndir.

Bunların hər birinin öhdəsindən gəlmək isə asan iş deyil. Sektor daim yeniliklər tələb edir. Ümumiyyətlə, hər bir bank üçün müvafiq mənfəət, səhmdarların investisiyaları hesabına kapitalı, rəqabət qabiliyyətini artırmaq, imici yaxşılaşdırmaq asan məsələ deyil. Bütün bunlar böyük öhdəliklər yaradır.

Odur ki, hazırkı durumda bank rəhbəri olmaq üzərində böyük öhdəlik, yük və məsuliyyət daşımaq deməkdir. Mütərəqqi texnologiyalardan istifadə etməklə müxtəlif çeşiddə, maksimum şəkildə onlayn xidmətlər göstərən tam rəqəmsal və sağlam bank fəaliyyəti həyata keçirməyə nail olmaq hərtərəfli bilik, savad tələb edir.

Bütün bunlar üçün isə həm peşəkar komanda, həm də onun lazımi səviyyədə çalışa biləcəyi müvafiq mühit və şəraitin yaradılması vacibdir. Bunu yaratmağın özü isə ayrıca çətin və məsuliyyətli bir işdir.

Ümumiyyətlə, dinamik olaraq dəyişən reallıq fonunda hər hansı bir rəqabətədavamlı maliyyə və biznes strukturu yaratmaq, onu qoruyub saxlamaq və idarə etmək çox böyük səy, çalışqanlıq və fasiləsiz fəaliyyət tələb edir.

Əlbəttə, yerli və beynəlxalq bazarlarda rəqabət qabiliyyətinə malik yüksək peşəkar komandaya sahib olmaq hər bir qurumun arzusudur. Ən yaxşı beynəlxalq bank təcrübələrinə sahib əməkdaşların müəyyən edilərək seçilməsi və sonradan onların peşəkar inkişafına böyük diqqət yetirilməsi çox ciddi yanaşma və kompleks siyasət tələb edir. Peşəkarlıq olmadan müştərilərimizə yüksəkkeyfiyyətli və çevik xidmət göstərmək mümkün deyil.

Azərbaycanda bank sisteminin inkişafını gələcəkdə necə görürsünüz? Ölkə iqtisadiyyatının yaxın taleyi qeyri-neft-qaz sektorundan asılı vəziyyətdədir. Bu mənada bank sisteminin rolu nədən ibarət olmalıdır? Sözügedən sistemdə hər bir bankın əsas vəzifəsi nədən ibarətdir? Müvafiq qanunvericilikdə hansı yenilikləri görmək istərdiniz?

Bəli, ölkə iqtisadiyyatının yaxın gələcəyi birmənalı olaraq qeyri-neft-qaz sektorunun inkişaf dərəcəsindən və bu sahədən ixrac potensialımızdan asılıdır. Odur ki, bank sektorunun üzərinə bundan sonra daha böyük vəzifələr və öhdəliklər düşür.

Hesab edirəm, hər bir bank iqtisadiyyatın müəyyən bir sektoru üzrə kreditləşdirmədə fərqlənsə, yaxşı nəticələr əldə etmək olar. Bu, ümumi işə daha böyük xeyir verər, bankların iqtisadiyyatın struktur və sahələri üzrə ixtisaslaşmasına yol açar. Bu həmçinin sistem üzrə bankların seçilməsinə, onlar arasında rəqabətin tənzimlənməsinə də şərait yaradar. İnhisarçılığa qarşı ciddi sədlərin yaranmasına əlavə zəmin olar. 

Bankların gələcək inkişafında sektorda azad rəqabətin təkmilləşməsi mühüm şərtdir. Qanunvericilikdə təkmilləşdirmələr məhz bu istiqamətdə aparılsa, məqsədəuyğun sayılar. Banklarımızın hər birinin xarici maliyyə mənbələrinə və resurslarına çıxışları asan olmalı və bu, daxildə ucuz kreditləşdirmə siyasətinin həyata keçirilməsi üçün əlavə stimul rolu oynamalıdır.

Banklar tərəfindən xüsusən kiçik və orta biznesin inkişafının dəstəklənməsi daha vacib və məqsədəuyğundur. Kommersiya bankları strategiyalarını məhz bunun üzərində qurmağa çalışmalıdır. Əlbəttə, bu, banklardan likvidlik dərəcəsi, çeviklik, malik olduqları maliyyə resurslarına əlçatanlıq, müvafiq divident siyasəti tələb edir.

Yeri gəlmişkən, son vaxtlar əsas tənzimləyici olan “Mərkəzi Bank” tərəfindən makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına dair həyata keçirilən siyasət nəticəsində, demək olar, hər bir bankın kənar şoklara qarşı dayanıqlığı qorunub saxlanmış, kapitallaşma, həssaslıq zonalarını formalaşdıran risklər üzrə prudensial tələblərin gücləndirilməsi, sektor ilə intensiv dialoqun aparılması və korporativ idarəetmənin təkmilləşdirilməsinə yönələn təşəbbüslər, habelə pul siyasəti qərarlarının ötürücülüyünün artırılması istiqamətində aparılan islahatlar nəticəsində bütövlükdə bank sektorunda kredit portfelinin bütün seqmentlər üzrə artması müşahidə edilmişdir.

Bankımızın fəaliyyəti ilə bağlı son olaraq qeyd etmək istəyirəm ki, daha çoxu hər zaman var. Daha çox yenilik və üstünlük üçün daha çox enerji və istəklə çalışırıq. Dünən başladığımız, bu gün əmək sərf etdiyimiz işlər sabahın premium yeniliyi olaraq qarşınızda olacaqdır.

Müsahibə üçün təşəkkür edirik!

 

 

 

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

Approve your information

Type of Card

MasterCard Gold Miles

Card currency

AZN

Card term

2 years

Order type

Usual

Member of Azal Miles program ( if have )

1345673

Take in branch

Head office (Hasan Əliyev st.131A)

Name

Javid

Surname

Guseinov

Patronymic

Samir

Gender

Male

Personal code (You will need it for identification)

1345673

Registration address

13 OGLETHORPE ROAD, , CAMEX LLC / A163050

Workplace

Premium Bank

Position

Manager

Source of income

1000 AZN

Mobile number

+994 70 400 20 45