“Premium Bank Miles” kartları yeni dizayn və təmassız ödəniş texnologiyası ilə

22 May 2019

"Premium Bank" yeni dizaynda Visa və MasterCard Miles kartlarının emissiyasına başlayıb. Yeni kartlarda təmassız ödəniş texnologiyası tətbiq edilib.

"Premium Bank" yeni VISA payWave və MasterCard Contactless kartları ilə təmassız ödəniş texnologiyasını hər kəs üçün əlçatan etdi. Artıq hər kəs "Premium Bank"ın istənilən filialına yaxınlaşaraq və ya bankın rəsmi saytı üzərindən (http://www.premiumbank.az/az/for-life/plastic-cards/miles-kartlar/)  təmassız ödəniş kartını sifariş edə bilər. Təmassız ödəniş – plastik kartı POS-terminala daxil etmədən, məsafədən ödənişin aparılması texnologiyasını əks etdirir. Bu kartlar vasitəsi ilə 50 AZN-dək xırda ödənişlərin aparılması zamanı PİN-kodun daxil edilməsinə ehtiyac qalmır. Çünki ödəniş etmək plastik kartı xidmət nöqtəsinin personalına təqdim etmədən terminala yaxınlaşdırmaqla mümkündür. Bu həm nağdsız ödənişlərin təhlükəsizliyini yüksəldir, həm də müştərilərin vaxtına daha çox qənaət edir. Böyük məbləğdə ödənişlərin həyata keçirilməsi üçün PİN-kodun daxil olunması, yəni standart avtrorizasiya tələb edilir.

VISA ödəniş sistemi üzrə Classic, Gold və Platinum Miles tipli kartlar, MasterCard ödəniş sistemi üzrə Standard, Gold, Platinum və Black Edition Miles tipli kartlar tam olaraq təmassız texnologiyaya keçirilir.

Xatırlatmaq istərdik ki, «Premium Bank Miles» kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Toplanan milləri kart sahibi AZAL aviaşirkətinin pulsuz uçuş biletinin (biznes və ekonom sinifi) əldə olunmasına və ya xidmət sinfinin artırılmasına istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.

Daha çox alın, tez-tez səyahət edin!

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et

Approve your information

Type of Card

MasterCard Gold Miles

Card currency

AZN

Card term

2 years

Order type

Usual

Member of Azal Miles program ( if have )

1345673

Take in branch

Head office (Hasan Əliyev st.131A)

Name

Javid

Surname

Guseinov

Patronymic

Samir

Gender

Male

Personal code (You will need it for identification)

1345673

Registration address

13 OGLETHORPE ROAD, , CAMEX LLC / A163050

Workplace

Premium Bank

Position

Manager

Source of income

1000 AZN

Mobile number

+994 70 400 20 45